Modern.az

Avropa Liqasında mövsümün ilk püşkü atıldı  

Avropa Liqasında mövsümün ilk püşkü atıldı  

Aktual

9 Avqust 2020, 15:48

Bu gün Avropa Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

 

Modern.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilkin mərhələnin cütləri müəyyənləşib.

 

Azərbaycan klublarının azad olduğu mərhələdə aşağı reytinqli ölkələrin 16 komandası 8 cüt təşkil edib. Bir oyundan ibarət ilkin mərhələnin matçları avqustun 20-də baş tutacaq.

 

Qeyd edək ki, sabah I təsnifat mərhələsinin püşkü atılacaq, Azərbaycan klubları “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri bəlli olacaq.

 

Avropa Liqası
2020/21 mövsümü
İlkin mərhələ


“Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo)
“Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) 
“Santa Koloma” (Andorra) - “İskra” (Monteneqro)
“Enqordan” (Andorra) - “Zeta” (Monteneqro)
“Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları) 
“Cent Cozefs” (Cəbəllütariq) - B-36 (Farer adaları) 
“Kolreyn” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)
“Runavik” (Farer adaları) - “Barri Taun” (Uels)

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir