Arxiv
10 Avqust 2020, 08:22 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: Yalıncıq rolunda çəkilməyə peşman olan aktyorun faciəvi ÖLÜMÜ - FOTOLAR

Onu hamımız “Dədə Qorqud” filmindən Yalıncıq kimi tanıyırıq… Amma bu rolda çəkilmək sonradan aktyora peşmançılıq gətirib… O, Yalıncığı oynadığına görə tez-tez özünü qınayır və təəssüflənirmiş… Söhbət Əməkdar artist, rəssam, aktyor və müğənni Əli Haqverdiyevdən gedir.

Modern.az saytı “Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə Əli Haqverdiyevin həyat hekayətini sizə təqdim edir...

Bu yaxınlarda - 29 iyul tarixində onun doğüm günü olub keçdi. Önümüzdəki günlərdə - 14 sentyabrda isə sənətkarın ölümünün 29-cu ilinin tamam olması ilə bağlı xatirəsi anılacaq.

Əli Haqverdiyev bas səs tembrinə malik vokalçı idi. O, Qərb və rus bəstəkarlarının ariyalarını, romanslarını Azərbaycan dilinə tərcümə olunmuş variantda ifa edib. Müğənni kimi uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmaqla yanaşı, rəssam kimi də əsərləri bir sıra sərgilərdə nümayiş olunub. İstedadlı sənətkar həm də aktyor kimi bir neçə Azərbaycan filmində çəkilib.

İki rəssamın ailəsində doğulan sənətkar


Əli Haqverdiyev 1939-cu il iyulun 29-da İçərişəhərdə rəssam ailəsində dünyaya göz açıb. Əli Haqverdiyevin atası Həsən Haqverdiyev əslən Güney Azərbaycanın Mamağan şəhərindən idi. Onun ailəsi əvvəlcə Güneydən İrəvan şəhərinə, ordan Gəncəyə, daha sonra da Bakıya köçmüşdü.
Həsən Haqverdiyev Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmişdi. O, rəssamlığın bir çox janrında əsərlər yaratmış və müxtəlif əsərlərin müəllifi kimi tanınmışdı. Əli Haqverdiyevin anası Güllü Mustafayeva əslən şamaxılı idi. O da Rəssamlıq Texnikumunu bitirmiş, bir sıra rəsm əsərlərinin müəllifi kimi ad-san qazanmış, Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdü.

Həsən Haqverdiyevlə Güllü Mustafayeva elə Rəssamlıq Texnikumunda tanış olmuş və 1938-ci ildə ailə qurmuşdular. Bir il sonra - 1939-da doğulan Əli Haqverdiyevlər ailəsinin ilk övladı idi. 

Ata-anasının rəssam olması Əli Haqverdiyevə də sirayət etmiş və o da uşaq yaşlarından bu sənətə böyük həvəs göstərmişdi. Elə bu həvəslə də 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olmuşdu.
Ə.Haqverdiyev 1958-ci ildə Rəssamlıq məktəbində oxuyanda maraqlı bir hadisə baş verir: müəllimləri onun həm də gözəl səsə sahib olduğunu kəşf edirlər. Bu istedadın itib-batmaması üçün gənc Əlini Asəf Zeynallı adına Musiqi məktəbinə göndərirlər. Hər iki tenikumun rəhbərliyi belə bir qərara gəlir ki, Əli Haqverdiyevə eyni vaxtda iki məktəbdə oxumağa imkan yaratsınlar. Beləcə o, həm Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, həm də Asəf Zeynallı adına Musiqi məktəbində təhsil alır.
1961-ci ildə isə Ə.Haqeverdiyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur. Burada tanınmış sənətkarlar Bülbül və Şövkət Məmmədovadan dərs alır. Həmin vaxtlar gözəl avazı ilə o zamanlar Azərbaycan Dövlət Opera və Balet Teatrının rəhbəri olan maestro Niyazinin diqqətini cəlb edir. Niyazi onu teatra işə qəbul edir. Beləcə, Əli Haqverdiyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olur.
Əli Haqverdiyev bir müddət Leninqrad Kiçik Opera Teatrında təcrübə də keçir və daha da püxtələşir.

Sənətkarın ata-anası niyə ayrı düşdü...


Əli Haqverdiyevin atası Həsən Haqverdiyevin çox keşməkeşli ömür yolu olub. Elə anası Güllü Mustafayevanın da. Bu barədə onların qızları – Əli Haqverdiyevin bacısı Zemfira Qafarovanın xatirələrində kifayət qədər kövrək, təsirli məqamlar var. Zemfira xanım xatirələrində ata-anasının bir-birindən ayrı düşməsinin səbəbini İkinci Dünya Müharibəsinin gətirdiyi problemlərlə bağlayıb.

Rəssam Həsən Haqverdiyevin ilk övladı Əli altı aylıq olanda – 1940-cı ildə onu hərbi xidmətə çağırırlar. Həsən Haqverdiyev İkinci Dünya Müharibəsində çətin döyüş yolu keçir.
1942-ci ildə onu orduda yaxşı xidmətinə görə məzuniyyətə buraxırlar. Məzuniyyətdən cəbhəyə qayıdandan az sonra almanlara əsir düşür. Bir müddət Berlində Məhəmməd Əmin Rəsulzadənin yanında “Azərbaycan” qəzetində rəssam olaraq çalışır. Müharibədən sonra əsirlikdən qayıdır və iki uşaq atası olan gəns rəssamı “xalq düşməni” kimi Sibirə sürgün edirlər. 

Həmin vaxtlar Güllü Mustafayeva “xalq düşməni”nin arvadı olduğundan təzyiqlərə məruz qalır, heç yerdə iş tapa bilmirmiş. Güllü Mustafayeva 1947-ci ildə klassik Azərbaycan şairəsi Məhsəti Gəncəvinin portretini çəkir və aldığı qonorarla Sibirə - ərini görməyə gedir. 
Sibirdə Həsən Haqverdiyev Güllü Mustafayevaya deyir ki, “get məndən rəsmən boşan ki, sənə yaşamağa və işləməyə imkan versinlər”. 
Güllü Mustafayeva da Bakıya qayıdıb sənəd-sübutla rəsmən boşanır. Və beləcə, təzyiqlərdən canını qurtara bilir.

O zamanlar Stalinin qəzəbinə tuş gələn “xalq düşmənləri”nin Sibirdən geri qayıdacağına çoxları inanmırdı. Elə hadisələr də bunu təsdiqləyirdi. Sibirə sürgün olunanlar acından, soyuqdan ya da xəstəlikdən ölürdülər.

Həsən Haqverdiyevdən rəsmən boşanan iki azyaşlı uşaq anası olan (oğlu Əli və qızı Zemfira)  Güllü Mustafayeva qardaşının məsləhətilə 1949-cu ildə gənc rəssam Nəcəfqulu İsmayılovla ailə qurur. Güllü Mustafayeva Nəcəfqulu İsmayılovla evli olduğu müddətdə daha iki qızı dünyaya gəlib.

1953-cü ildə heç kimin gözləmədiyi halda Həsən Haqverdiyev Sibir sürgünündən evə qayıdır. Stalinin ölməsidən sonra bir çox günahsız “xalq düşmənləri” kimi, Həsən Haqverdiyevə də bəraət verilmişdi.

Həsən Haqverdiyev Güllü Mustafayevanın ikinci dəfə ərə getdiyini biləndə çox pərişan olur. Bu hadisə hər iki ailədə narahatlıq yaradır. Amma artıq iş işdən keçmişdi. Və onlar bir daha birləşə bilmirlər.

Həsən Haqverdiyev də ikinci dəfə ailə qurmağa məcbur olur və bu evlilikdən 4 övladı dünyaya gəlir. Bununla belə, o, analarının yanında qalan birinci evliliyindən olan oğlu Əli və qızı Zemfiraya da həyan durur.
Rəssam Həsən Haqverdiyev 1978-ci ildə vəfat edib.
Xalq rəssamı Güllü Mustafayeva isə 1994-cü ildə dünyasını dəyişib.



Aktyor, rəssam, müğənni, müəllim…

 
Qeyd etdiyimiz kimi, Əli Haqverdiyev hərtərəfli istedada malik olub.

O, Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olub. 
Opera və Balet Teatrında çalışmaqla yanaşı, Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim işləyib. O, geniş konsert proqramları ilə çıxış edərək Çaykovski, Musorçeki, Şuman və başqa bəstəkarların kamera-vokal musiqilərini uğurla ifa edib.


Keçmiş SSRİ məkanında dəfələrlə onun yaradıcılıq gecələri keçirilib.


Əli Haqverdiyev istər musiqi, istərsə də rəssamlıq sahəsində özündən sonra zəngin bir irs qoyub. Onun yüzlərlə qrafik işləri, rəsmləri, peysaj, portret və şarjları Azərbaycan muzeylərində saxlanılır. Ə.Haqverdiyevin vaxtilə çəkdiyi rəsmlərin Kiyev, Sankt-Peterburq, Moskva şəhərlərində sərgisi keçirilib.

Opera və Balet Teatrının səhnəsində bir-birindən fərqli rollar oynayan Ə.Haqverdiyev Üzeyir bəy Hacıbəylinin "Koroğlu” və "Leyli və Məcnun” operalarında Həsən xanın, Nofəlin partiyalarını ifa edib, "Arşın mal alan” komediyasında Soltan bəyin partiyasını oxuyub. "Faust" tamaşasında Mefistofel, "Otello"da Yaqo obrazlarını yaradıb.
Kinoda "Uzun ömrün akkordları”, "Şir evdən getdi”, "Dədə Qorqud”, “Özgə ömür” filmlərinə çəkilib.

Əli Haqverdiyev konservatoriyanın vokal fakültəsində müəllim işlədiyi müddətdə də gənc nəslə öz təcrübəsini əsirgəməyib.

1991-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib.

Əli Haqverdiyevin bacısı musiqişünas alim, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova qardaşı ilə bağlı xatirələrində bildirir:

“Gözümü açandan Əlini rəssam görmüşəm. Əlidə aktyorluq bacarığı da, rəssamlığı da çox yüksək səviyyədə idi. Rəssamlıq məktəbində təhsil almağa başlayanda elə bilirmişlər ki, onun rəsmlərini atam ya da anam çəkib. Həmin illərdə Əlidə səs də üzə çıxdı. Asəf Zeynallı adına Musiqi Məktəbinin direktoru, bəstəkar Midhət Əhmədov onu məktəbə dəvət etdi. Əli üçün imkan yaratdılar və o, eyni vaxtda iki məktəbdə oxudu. Maestro Niyazi konsertlərin birində Əlinin səsini eşidib və onu Opera və Balet Teatrına çağırıb. Konservatoriyanın rektoru Cövdət Hacıyev və Bülbül Əlini konservatoriyaya qəbul ediblər. Bülbül rəhmətə gedəndən sonra Əli Şövkət Məmmədovanın sinfində oxudu.
Əli rəssam, aktyor, vokalçı kimi çox istedadlı idi. Səhnədə 30-dan çox obraz yaratmışdı. Bir neçə filmə də çəkilmişdi”. 



Sənətkarın Yalıncıq rolu…

Kinoda Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud” filmindəki Yalıncıq obrazı olsa da, deyilənə görə özü həmin rola çəkilməyinə peşman olmuşdu. Bunu aktyorun bacısı da xatirələrində təsdiqləyib.

Zemfira Qafarovanın sözlərinə görə, Əli Haqverdiyevin ən yaddaqalan rolu “Dədə Qorqud”dakı Yalıncıq obrazı olsa da, özü narazı imiş.

"O filmə çəkildiyinə görə sonradan peşman olmuşdu. Yolda adamlar onu “Yalıncıq” deyib çağırırdılar, bu da qrdaşıma pis təsir edirdi”. 

Əli Haqverdiyevin faciəvi ölümü…

1992-ci il sentyabrın 14-də baş vermis bu dəhşətli hadisə onu tanıyanların hamısını  sarsıtmışdı. 53 yaşlı Əli Hqverdiyevi tok vurub öldürmüşdü. Beləcə bir sənətkarın ömrü yarıda qırılmışdı.

Bacısı Zemfira Qafarovanın xatirələri:

“Biz onda Buzovnadakı bağımızda dincəlirdik. Əli də sentyabrda həftəsonu bağa gəlmişdi. Axşamdan yağış yağmışdı. Ayın 14-də Əli səhər tezdən dedi ki, gedib dənizdə çimmək istəyir. O, üzməyi gözəl bacarırdı. Gözlədik, gəlmədi. Oğlanlarım dənizə Əlini axtarmağa getdilər. Sən demə, o, heç dənizə çatmayıbmış. Qayaların yanında nəm qumun üstünə yüksək gərginlikli elektrik xətti qırılıb düşübmüş. Əli ayağını həmin yerə basan kimi tok vurmuş, yerindəcə qalmışdı. 
Onda anam şəhərdə idi. Qardaşımın ölümündən sonra anam şəkər xəstəliyi tapdı, 1994-cü ildə o da bu dünyadan getdi”.

Əli Haqverdiyev iki dəfə evlənib. Birinci ailəsindən övladı olmayıb. İkinci evliliyindən Fərhad adlı oğlu dünyaya gəlib. Rumıniyada rəssamlıq təhsili alan Fərhad atasının yolunu davam etdirir...



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27