Modern.az

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

12 Avqust 2020, 11:18

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti bir ay müddətinə uzadılıb.

 

Modern.az xəbər verir ki,  Ermənistan hökumətinin bugünkü iclasında çıxış edən Ədliyyə naziri Rustam Badasyan bildirib ki, COVID-19 infeksiyasına yeni yoluxma hallarının azalmasına baxmayaraq, xəstəlikdən ölüm səviyyəsi hələ də yüksək olaraq qalır.

 

Nazir qeyd edib ki, buna görə fövqəladə vəziyyət rejiminin müddəti uzadılmalıdır.

 

Hökumət ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin bir ay müddətinə uzadılması ilə bağlı qərar qəbul edib.

 

Qeyd edək ki, Ermənistandan fövqəladə vəziyyət rejiminin müddəti bu gün başa çatırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər