Modern.az

Binəqədidə iri marketlərin sahibləri cərimələndi - FOTO

Binəqədidə iri marketlərin sahibləri cərimələndi - FOTO

12 Avqust 2020, 17:10

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər respublikanın digər rayonlarında olduğu kimi Binəqədi rayonunda da davam etdirilir.

 

Modern.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsi məsul əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tətbiq edilən qaydaları pozduğuna görə Bakı şəhəri Binəqədi rayonu  M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi 5  ünvanında  yerləşən “AL” marketin   rəhbərliyi İnzibati  Xətalar  Məcəlləsinin  211.3-cü  maddəsinə  əsasən protokol  tərtib  olunmuş  və  400 (dörd yüz) manat, eyni zamanda həmin qəsəbənin  Z.Qəmbərov küçəsi 31 ünvanında  yerləşən  “Qrandmart”  marketin  rəhbərliyi  də İnzibati  Xətalar  Məcəlləsinin  211.2-ci  maddəsinə  əsasən  protokol  tərtib  olunmuş  və  300 (üç yüz) manat cərimə edilib.

 

Hər iki marketin rəhbərliyinə  bir  daha  belə  halların  baş  verilməməsi  üçün  xəbərdarlıq  edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir