Arxiv
14 Avqust 2020, 11:50 | ANALİTİKA
Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır”

“Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı gücləndirmək və çoxsaylı birgə hərbi təlimlər vasitəsilə Cənubi Qaqfazda sürətlə möhkəmlənir. Bununla paralel olaraq Türkiyənin danışıqlar prosesində fəal iştirakı, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qatılması da müzakirə edilir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

 

Mərkəzin rəhbərinin sözlərinə görə, Azərbaycan işğala dözüm nümayiş etdirən və Ermənistanın nazıyla oynayan ABŞ, Fransa və Rusiyanın əvəzinə həmsədrlikdə Türkiyəni görmək istəyir:

 

Ancaq bunun praktik olaraq reallaşdırılması çətindir. Ermənistanla yanaşı adı çəkilən 3 həmsədrin heç biri Türkiyənin onlara qoşulmasını istəmir. Çünki, Vaşinqton, Paris və Moskva Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin əleyhinədirlər.

 

Türkiyənin həmsədrlikdə təmsil olunması uğrunda mübarizə enerjinin boşa xərclənməsidir. Onsuz da Ermənistanın sərhəddə törətdiyi son təxribatlar fonunda həmsədlərin fəaliyyətinə ehiyac qalmayıb, növbəti danışıqlar prosesi işğalın uzanmasına xidmət edəcək. Rəsmi Bakının məzmunsuz danışıqlardan qeyri-rəsmi şəkildə imtinası torpaqları işğaldan azad etmək qətiyyətindən xəbər verir. Digər tərəfdən Azərbaycan və Türkiyə rəsmiləri, o cümlədən generalları günlərdir açıqlama verirlər ki, iki ölkə işğal altındakı torpaqları birgə azad etməyə hazırdılar. Bu dünyaya verilən ciddi mesajdır. Danışıqlardansa bu strategiyanın davam etdirilməsi zəruridir”.

 

Siyasi ekspert  İlham Əliyevin rusiyalı həmkarı ilə telefon danışığına da diqqət çəkib:

 

“Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında Rusiyanın Ermənistana hərbi dəstəyini artırmasından narahatlığını bildirdi. İlham Əliyev telefon söhbətində hərbi texnika ilə dolu Rusiya hərbi təyyarələrinin Ermənistana Qazaxıstan, Türkmənistan və İran səmasından daşındığını söyləməklə iki vacib mesaj da vermiş oldu.

 

Birinci mesajın mənası odur ki, Azərbaycana dost dövlətlər Bakıya kifayət qədər kəşfiyyat məlumatları veriblər ki, Rusiyanın hansı ölkələrin səması üzərindən Ermənistana hərbi texnikanın daşındığı üzə çıxsın. Bu yolla Rusiya prezidentinin diqqətinə çatdırıldı ki, Azərbaycan Ermənistanla mübarizədə tək deyil.

 

İkinci mesaj isə dolayısıyla Qazaxıstana, Türkmənistana və İrana ünvanlandı. İşğalçı Ermənistana hərbi yüklərin Qazaxıstan səması üzərindən daşınması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işə yaramadığının göstəricisidir. Əslində bu şuranın nüvəsini elə Türkiyə-Azərbaycan ittifaqı formalaşdırır. Doğrudur, Qazaxıstan Rusiya və Ermənistanla birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq əgər Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev şərt irəli sürərək, Dağlıq Qarabağ mallarının ortaq bazara çıxarılmasının əleyhinə olduğunu qətiyyyətlə söyləmişdisə, bu ölkənin hazırki prezidenti Kasım-Jomart Tokayev də ölkəsinin hava səmasından Ermənistana hərbi yüklərin daşınmasına “yox” deməliydi. Rusiyanın Astananın Ermənistana “yox” cavabına görə Qazaxıstana təzyiq edəcəyi az ehtimal olunur. Buna baxmayaraq, Astana Moskva-İrəvan ikilisində yer almağa qərar verdi.

 

Aşqabad da neytral xarisi siyasətinə və heç bir hərbi blokda yer almamasına rəğmən, Rusiyanın Türkmənistanın səması üzərindən Ermənistana hərbi yükün daşınmasına razılıq verdi.

 

Sözdə Azərbaycanın ərazi bütövlüyünü vurğulayan Tehran da bu “qrupda” yer aldı. Halbuki, Tehranın Moskvaya “yox” cavabı İran-Azərbaycan münasibətlərinə müsbət təsir edərdi. Ancaq Tehran fərqli yol seçdi və səması üzərindən işğalçı Ermənistanın silahlandırılmasına üstünlük verdi.

 

Rəsmi Bakının bu ölkələrə nota verməsi və ya diplomatik kanallarla məsələni aydınlaşdırması zəruridir. Məsələn rəsmi Bakı Ermənistana silah satdığına görə Serbiyaya etirazını bildirdi. Serbiya prezidenti Azərbaycanla münasibətləri təhlükə altına atmamaq üçün təcili Bakıya nazirini göndərdi və belə anlaşıldı ki, Belqrad bir daha Azərbaycanın düşməninə silah satmayacaq. Eyni izahat işinin Qazaxıstan, Türkmənistan və İranla aparılmasına ehtiyac yaranıb”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” - VİDEO 5 Dekabr 2020, 12:00 Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi 5 Dekabr 2020, 11:54 Gürcüstanda yoluxma sayında yeni rekord 5 Dekabr 2020, 11:47 “Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb - FOTOLAR 5 Dekabr 2020, 11:40 Ermənistanda koronavirusa yoluxanların sayı 140 mini ötdü 5 Dekabr 2020, 11:32 Lənkəran sakini qohumunun evindən oğurluq etdi 5 Dekabr 2020, 11:24 Həlak olan mülki şəhidlərin ailələrinə ödənişlər TƏYİN OLUNDU 5 Dekabr 2020, 11:16 “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 11:08 Gələn ilin bayram günləri AÇIQLANDI 5 Dekabr 2020, 11:00 Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı 5 Dekabr 2020, 10:52 Xaçmazda evlərdən oğurluq edən şəxs saxlanıldı - FOTOLAR 5 Dekabr 2020, 10:44 Cəbrayıl uğrunda şəhid olan baş leytenant - FOTO 5 Dekabr 2020, 10:36 Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir 5 Dekabr 2020, 10:28 Xudavəng monastrının dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu 5 Dekabr 2020, 10:20 Neft yenidən bahalaşdı 5 Dekabr 2020, 10:12 Bakıda restoranda ad günü keçirən model CƏRİMƏLƏNDİ 5 Dekabr 2020, 10:04 Köçəryan Ermənistanın Türkiyə ilə bağlı xain planından danışdı 5 Dekabr 2020, 09:56 Evini tərk edən daha 9 koronavirus xəstəsinə cinayət işi açıldı 5 Dekabr 2020, 09:48 Goranboyda şəhid ailələri və qazilərlə görüşlər davam edir 5 Dekabr 2020, 09:40 Bütün təhsil müəssisələrinə Zəfər Günü TƏKLİFİ 5 Dekabr 2020, 09:32 Zəkanı və yaddaşı artırmağın 15 yolu 5 Dekabr 2020, 09:24 İtaliyalı deputatlar Azərbaycana gəliblər - onlar Gəncə və Ağdama səfər edəcəklər 5 Dekabr 2020, 09:16 Göyçayda koronavirus xəstəsi küçədə saxlanıldı 5 Dekabr 2020, 09:08 “Lexus” hasara çırpılıb yandı 5 Dekabr 2020, 09:00 Kələmin faydaları 5 Dekabr 2020, 08:57 Moskvada daha 74 nəfər koronavirusdan öldü 5 Dekabr 2020, 08:48 Ömrü 10 il uzatmağın yolu 5 Dekabr 2020, 08:38 Çində 18 mədənçi öldü 5 Dekabr 2020, 08:26 Sarımsağın zərəri 5 Dekabr 2020, 08:12 Bu qidalar ürək-damar xəstəliyi riskini azaldır - ARAŞDIRMA 5 Dekabr 2020, 01:11 “Bu, ölümcül bir səhv idi” - Köçəryan müharibədən danışdı 5 Dekabr 2020, 01:00 Xocalıda itkin düşən üç nəfərin taleyi ilə bağlı videoreportaj 5 Dekabr 2020, 00:48 Ərdoğan peyvənd olunacaq? 5 Dekabr 2020, 00:33 Həftəsonu ictimai nəqliyyat işləməyəcək 5 Dekabr 2020, 00:18 Dostunu qucaqlaması ilə hər kəsi duyğulandıran qazimiz: “Sağ olduğunu eşidəndə...” – VİDEO 5 Dekabr 2020, 00:09
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?