Arxiv
17 Avqust 2020, 14:15 | ƏDƏBİYYAT
Elm və alim adının uca zirvəsi

Tarixdə elə insanlar var ki, onların dünyaya gəlişi gələcəkdə təkcə bir ailəyə, bir elə-obaya deyil, mənsub olduğu millətə başucalığı gətirir və xalqın fəxrinə çevrilir. Onların elmi, ictimai-siyasi fəaliyyətləri, yaratdıqları və yaradıcılıqları xalqın elm və mədəniyyət xəzinəsini daha da zənginləşdirir.


Belə mənalı ömür yaşayan görkəmli ziyalılardan biri də dilçi-alim, türkoloq, ədəbiyyatşünas, ictimai xadim, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovdur. O, dərin və analitik təfəkkür tərzi, öz dəst-xətti, yaradıcılıq üslubu, şəxsi mövqeyi, bütövlüyü, səmimiliyi, elmi və ictimai nüfuzu ilə seçilən bir alimdir. Sözsüz ki, bütün bu keyfiyyətlər onun daha gənc yaşlarından alim kimi yetişməsinə və tanınmasına stimul vermişdir.


Tələbəlik illərində “C.Cabbarlı” adına yüksək təqaüdlə oxuyan Buludxan həmin dövrlərdə radioda çıxışlar edər, dövrü mətbuatda kiçik həcmli yazılar çap etdirərdi. Universitet və fakultə elmi şurasının üzvü olan bu gəncin istedadı, qabiliyyəti, yüksək bacarığı və keyfiyyətləri, ictimai fəallığı müəllimlərinin diqqətini cəlb edər və onlarda bu gəncə qarşı maraq oyanardı. Böyük şəxsiyyət görkəmli alim, ictimai-siyasi xadim Həsən Mirzə təyinat bölgüsü zamanı bu istedadlı gəncin mütəxəssis kimi özünün yaratdığı və rəhbərlik etdiyi Müasir Azərbaycan dili kafedrasında laborant vəzifəsində saxlanılması üçün institut rəhbərliyi qarşısında təqdimatla çıxış edir və buna nail olur. Bununla da Buludxanın istər həyatında, istərsə də taleyində yeni bir mərhələ başlanır. Beləliklə, bu istedadlı gəncin öz böyük potensialını gerçəkləşdirmək üçün əlverişli şərait yaranır. Onu da qeyd edək ki, Həsən müəllim Buludxanın istər elmi, istərsə də ictimai fəaliyyətinin bütün mərhələlərində və bu yöndə bir sıra uğurlara nail olmasında öz məsləhətlərini və dəstəyini heç zaman əsirgəməmişdir.


Hələ 1983-cü illərdə tələbə ikən imzası oxucu dairələrində tanınmağa başlayan Buludxan elmi həyatının qayəsi hesab edərək bütövlükdə ömrünü elmə həsr etmiş, 26 yaşında namizədlik, 32 yaşında isə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.


Yeri gəlmişkən, onu da qeyd edim ki, keçmiş İttifaq miqyasında humanitar fənlər üzrə müdafiə etmiş ən gənc elmlər doktorları içərisində, cəmi 5 alimdən biri də Buludxan müəllim olmuşdur. Hərdən alimlər arasında elmi diskussiyalar olanda Həsən müəllim qürurla və fəxrlə deyərdi ki, “mən Buludxan kimi alim yetişdirmişəm. Bəs siz nə edibsiniz?”.


Bu gün Buludxan müəllim bir alim, ictimai xadim kimi tanınmasında, bir sıra uğurlara nail olmasında ən yüksək, ülvi keyfiyyətləri özündə təcəssüm etdirən böyük şəxsiyyət Həsən Mirzəyə borclu olduğunu dönə-dönə xatırlayır və bu unudulmaz, parlaq insanı hər zaman minnətdarlıqla yad edir.


Buludxan müəllim 33 ildir ki, öz doğma ali məktəbində uğurla çalışır və bütün şüurlu həyatını milli kadrların yetişməsi, gənclərin elmə, təhsilə yiyələnməsinə həsr etmişdir. O, iki elmlər doktoru, on elmlər namizədi hazırlamış, hal-hazırda bir neçə dissertant, doktoranta isə elmi rəhbərlik edir, onların elmi fəaliyyətinə yaxından köməklik edərək öz tövsiyələrini verir. Bu gün xeyli sayda dərslik, dərs vəsaitlərinin, monoqrafiya və kitabların müəllifi olan Buludxan müəllimin fəaliyyəti demək olar ki, vahid bir məqsədə həsr olunub. Daha dəqiq desək vətənə, xalqa məhəbbət və xidmət! Demək olar ki, bu amal Buludxan müəllimin ədəbi-pedaqoji fəaliyyətinin əsas qayəsini təşkil edir. O, fəaliyyətinin bütün məqamlarında mənsub olduğu xalqın adını həmişə uca tutmağa çalışır. B.Xəlilovu ayrıca müəllim, pedaqoq, alim, ədəbiyyatşünas kimi dəyərləndirmək məncə düzgün olmaz və bu cür yanaşma onun vahid bir amala yönəlmiş məqsədinə kölgə salmış olar.


Bütün bunlarla yanaşı o, elmi yaradıcılığını da durmadan uğurla davam etdirir. Bu gün türkdilli ölkələrin humanitar elmlər sahəsində çalışan tanınmış alimləri sırasında Buludxan müəllimin də adı fəxrlə çəkilir. Bu həm də onunla bağlıdır ki, Azərbaycan ədəbi-elmi fikrinin görkəmli simalarının yaradıcılığına, Türk dünyası ədəbi fikrinə dərindən bələd olması və bu dillərdə nəşr edilmiş ədəbiyyatları müntəzəm nəzərdən keçirməsi də Buludxan müəllimin ədəbi-elmi görüşlərinin təşəkkülündə də mühüm rol oynayan mənbələr olmuşdur. Əsərlərində Türk dünyasının görkəmli simalarından gətirdiyi xeyli sitat və istinadlarda oxucuda bu haqda aydın təsəvvür yaradır.


B.Xəlilovun elmi-pedaqoji fəaliyyəti uzun bir dövrü əhatə edir. Həmin dövrü diqqətlə  izlədikdə o Azərbaycan dilinin və ədəbiyyatının öyrənilməsinin elmi-nəzəri səviyyəsinə özünün milli məfkurə mövqeyindən yanaşaraq araşdırılmasına rast gəlirik. Bu cəhətdən deyə bilərik ki, alimin müasir dövrdə elmi ictimaiyyətə təqdim etdiyi əsərlər Azərbaycan ədəbi-elmi fikrinin bir sıra aktual məsələlərini özündə əks etdirməklə yanaşı, həm orijinallığı, həm də təhlil üsulu baxımından da diqqəti cəlb edir.


Uzun illərdir elmi-pedaqoji yöndə yorulmadan çalışan Buludxan müəllimin fəaliyyəti təkcə elm, təhsil sahəsi ilə məhdudlaşmır. O, həm də böyük şəxsiyyət, tanınmış ictimai-siyasi xadim Həsən Mirzə ilə birlikdə ölkəmizin müstəqilliyi və onun möhkəmlənməsi uğrunda fədakarlıq göstərmiş ziyalılamızdandır.


O, ana dilimizin qorunması, həyatımızın bütün sahələrində doğma dilimizin birmənalı olaraq maneəsiz işlənməsi, dilimizə diqqət və qayğının göstərilməsi uğrunda hər zaman bir vətəndaş-alim kimi mübarizə aparan alimlərimizdəndir. Görkəmli pedaqoq, professor Əjdər Ağayev yazır: “Buludxan eyni zamanda söz sərrafıdır, insanın və insanlığın baş əlamətlərindən olan nitqə və fikir mükəmməlliyinə xüsusi diqqət yetirir, ustadlarının nümunəsində öz aliliyini təcəssüm etdirir. Buludxanın dilçiliyə və məxsusi tükologiyaya aid əsərlərinin əksəriyyəti ensiklopedik xarakter daşıyır, milli və mənəvi dəyər aşılayır”.  Əjdər müəllim bu lakonik fikirləri ilə Buludxan müəllimin yaradıcılığının bütün mahiyyətini ifadə etməklə, onun elmi və ictimai fəaliyyətinin ideya istiqamətinin nədən ibarət olduğunu və hansı amala xidmət etdiyini dəqiq müəyyənləşdirə bilmişdir. Bununla da o, vətənə məhəbbət, elmə meyl, sənətə vurğunluğu Buludxan yaradıcılığının əsas motivləri hesab edir. Əlbəttə vətənə, xalqa xidmət edənlər ölməzdir, həmişə müasirdir.

 



Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 Qarabağın azərbaycanlı icması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 27 Sentyabr 2020, 12:09 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45 Ermənistanda həbslər başladı 27 Sentyabr 2020, 00:43