Arxiv
20 Avqust 2020, 12:28 | REPORTAJ
Lotu Quli”nin ölüm fərmanı Rusiyada verilib

“Nadir Səlifovun qətlində mərhum Rövşən Lənkəranskinin adamlarının əli yoxdur. "Rövşənin qisası alındı" tipli iddialar puç və absurddur”.

Modern.az saytı xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Elçin Aloğlu "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun Türkiyədə qətlə yetirilməsi barədə danışarkən bildirib.


O deyib ki, ümumiyyətlə, Nadirin qətli çox müəmmalıdır:

““Onu öz adamı güllələdi” versiyası primitivdir. Səlifovun ölüm fərmanı Rusiyada verilib”.


Qeyd edək ki, sosial şəbəkələrdə 2016-cı ildə Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə “Lotu Quli”nin ölüm günündəki oxşarlıq müzakirə olunur.

Nadir Səlifovla Rövşən Lənkəranskinin təxminən eyni gündə öldürülməsinin təsadüf olub-olmadığını şərh edən jurnalist E.Alıoğlu belə deyib (R.Lənkəranski 2016-il avqustun 18-də gecə qətlə yetirilib – Nadir Salifov isə avqustun 19-da-red.):

“Buna kriminal aləmdə "görk messici" deyirlər. Məqsəd azərbaycanlıları həmin aləmdə minimal təsir imkanları səviyyəsinə salmaqdır. Eynən "Əmircanlı Elşən", yəni Elşən Məmmədovun qətlində olduğu kimi, çoxgedişli kombinasiyadır. Peterburqdakı Turku küçəsində Emin Əhmədovla İsgəndər Hüseynovun saxlanması, maşında "Baykal" tapançasının və üç balaklavanın tapılmasına rəğmən, buraxılması da o kombinasiyanın tərkib hissəsi idi”.

Rövşən Lənkəranskinin qətlini xatırladan Elçin Alıoğlu bildirib ki, onu gürcü “qanuni oğru” Merab Canqveladzenin göstərişi ilə qətlə yetirmişdilər:


“Rövşən Canıyevi, yəni Rövşən Lənkəranskini bilavasitə Merab Canqveladzenin göstərişi ilə güllələdilər.
Taro və Merab Canqveladze gizli şəkildə "Cemo" ləqəbli Camal Mikeladze ilə "Ded Xasan"nın, yəni Xasan Usoyanın qətlini təşkil etmişdilər.
"Şakro Molodoy", yəni Zaxari Kalaşov 2015-də həbsdən çıxandan az sonra Canqveladze ilə görüşmüş, Rövşənə veriləcək "cəza"nı müzakirə etmişdilər”.

Araşdırmaçı jurnalist kriminal aləmin mövcusluğu haqqında da danışıb:

“Bu aləm həmişə olub və olacaq. Hələ qədim Şumerdə şəhərlərdəki canilərin öz "qardaşlıqları" vardı, "aaon" adlanırdı.

Kriminal aləmin mövcudluğunun vacibliyinə gəldikdə isə - məncə, cəmiyyətin belə qeyri-rəsmi sosial formasiyaya ehiyacı yoxdur. Amma nə etmək olar ki, kriminalitet sosiumun bir hissəsidir və bunu nəzərə almalıyıq.
Ümumimiyyətlə, "kriminal romantika"nın, AUE fəlsəfəsinin qəti əleyhdarıyam. Kütləvi informasiya vasitələrində də kriminalitetin təbliği yolverilməzdir”.

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış azərbaycanlı avtoritet Nadir Səlifov ötən gecə - avqustun 19-da Türkiyədə qətlə yetirilib.
"Lotu Quli" Antalyadakı oteldə “Xan Bakinski” ləqəbli şəxs tərəfindən başından güllələnib.

Bəzi məlumatlara görə, N.Səlifovu güllələyən “Xan” ləqəbli Xaqan Zeynalov (yuxarıdakı şəkildə solda-red.) çoxdandır onun çevrəsinə daxil olaraq etibarını qazanıb. Hadisə zamanı "Lotu Quli"nin mühafizəçisi Xaqan Zeynalova atəş açaraq, onu yaralasa da qatil oradan qaçıb. Ancaq az sonra yaxalanıb.

Qeyd edək ki, bu, azərbaycanlı kriminal avtoritetlərin Türkiyədə öldürüldüyü 3-cü hadisədir.

Belə ki, 19 avqust 2013-cü ildə Türkiyədə azərbaycanlı “qanuni oğru” Əlibaba Həmidov (Qoca Yasamalinski) qətlə yetirilib.

2016-cı il avqustun 18-də məşhur “qanuni oğru” Rövşən Lənkəranski Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.

“Lotu Quli” isə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb.

"Qoca"nın ölümündə Rövşən Lənkəranski, Rövşənin ölümündə "Quli" təqsirləndirilirdi.



Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27