Arxiv
25 Avqust 2020, 12:51 | ƏDƏBİYYAT
“Teloxronitel”

Akif Cabbarlı


Hava qəfildən dəyişdi. Sabir avtobusun pəncərəsindən səmada sürüşən qapqara buludlara baxıb öz-özünə söyləndi: - yağacaq, özü də şıdırığısından.


Doğrudan da bir azdan yanağını söykədiyi gömgöy şüşəni iri yağış damcıları döyəcləməyə başladı. Külək də sürətlənmişdi, vıyıltısı köhnə kolxoz arabasını xatırladan “PAZ” avtobusunun salonunda xoşagəlməz ab-hava yaratmışdı. Sərnişinlər zənbillərini eşələyib isti pal-paltar axtarırdılar ki, əyinlərinə keçirsinlər.


Sabir xaraktercə deyingən olmasa da, yüngülvari vasvasılıqdan da uzaq deyildi. Bu cür havada uzaq yola çıxdığı üçün ürəyində özünü məzəmmət eləməkdən vaz keçəmmədi: - sənə lazım idimi bu vurhavurda, payızın qışa dönhadöndə paytaxtdakı isti mənzilini tərk eləyib üç yüz kilometr yolu basa-basa ucqar dağ rayonuna yollanasan... Sonra da öz-özünə təskinlik verdi: - əşi, dostunun sözünü yerə salası deyildin ki... Necə olsa da beş il bir yerdə oxumuşuq, yataqxanada bir otağın hamıya nümunə göstərilən dost sakinləri kimi tanınmışıq. İndi də səni daş daşımağa çağırmayıb ki. Deyib dur gəl, təmiz dağ havası ud, baldan, qaymaqdan yeyib cana gəl də. Bakının yeknəsəq, cansıxıcı həyatından aralanıb kənd mühitində beş-on gün dincəlməyin nəyi pisdir ki? Həm eynin açılar, cana gələrsən, həm də oturub bir-iki hekayə yazarsan da özünçün. Kənddə də ki, gün işığına çıxarılası mövzu nə qədər desən.


Sabir tələbə dostu Cavidin israrlı təkliflərindən sonra subaylığın imkanlarından yararlanmağı qərara almış, pay-pürüşdən, isti paltarlarından götürüb uzaq Yaşıltəpəyə yollanmışdı. İndi isə yağışın, küləyin arzuolunmaz hisslər doğurduğunun fərqində olub-olmamağının heç bir əhəmiyyəti yox idi. Yol yarı olmuşdu, daha düşüb geri qayıdası deyildi ki...


Avtobus dar, çala-çuxur dağ yollarını yorğun kolxoz atları kimi ürəksiz, candərdi dırmaşır, geridə də qalın, xoşagəlməz qoxulu tüstü buraxırdı. Sürücü öz həmkarlarına xas olan deyingənlik nümunəsi sərgiləyir, söyüb-söylənirdi; - min dəfə demişik, ərizə yazmışıq ki, bu yolları düzəldin, avtobusları, bax elə mənimkini də yenisi ilə dəyişin. Mən cəhənnəm, camaat yazıqdır axı.


Yağış getdikcə şiddətlənirdi. Səmanın dərinliklərində şimşəklər oynayır, ildırım çaxırdı. Hava qaraldıqca ətraf daha da qorxunc görkəm alırdı. Arabir eşidilən göy gurultusu sərnişinlərin sifətində qorxunc ifadələrlə müşayiət olunurdu. Hamı ürəyində mənzil başına tez çatmağı arzulayırdı. Sürücü isə tələsmirdi. Görünür, bu yollara yaxından bələd olmağı onu qismən sakitləşdirir, ürəyində isə yalnız sərnişinlərin sağ-salamatlığı barədə düşünürdü.


Axır ki, Yaşıltəpəyə yetişdilər. avtovağzalın köhnə, xırman quraqlıqlarına oxşayan talvarının altında müsafirləri gözləyənlərin nigaran baxışları meydan sulayırdı. Sabir avtobusun pilləkənindən birbaşa əziz dostu Cavidin güclü qolları arasına düşdü.


Paytaxtdan gələn qonağı ikimərtəbəli, qədim üslubda tikilmiş kirəmitli evin həyətində qarşıladılar. Dostunun valideynləri Sabiri doğma balaları kimi bağırlarına basıb üstünə yüz cür nemət düzülmüş stolun ətrafına dəvət etdilər. Bir az aralıda manqal tüstülənirdi. Yağış kəssə də, hava xeyli soyuq idi. Isinməyin ən asan yolunu seçdilər, tut arağından bala-bala vurub qızışdılar. Söhbət uzandı, xatirələr çözələndi. Gecədən xeyli keçmiş Sabiri ikinci mərtəbəyə qaldırıb, yatacağı, dincələcəyi otağı göstərdilər.


Ona tək çarpayılıq otaq ayırmışdılar. Doğrusu, daha söhbət eləməyə, mırt vurmağa həvəsi də qalmamışdı. Yolun yorğunluğunu ancaq şirin yuxu çıxara bilərdi. Şüşəbənddə asılan hisli neft lampasının zəif işığı bəs eləyirdi ki, pal-paltarını soyunub isti yorğanın altına girsin.


Allah bilir, neçə saat yatmışdı ki, qulağına qəribə, anlamadığı bir səs gəldi; elə bil kimsə qəmli bir nəğmə oxuyur, ya da ki, neydə nisgilli bir hava çalırdı. Qəfildən gözlərini açdı və... çarpayısı ilə üzbəüzdə, təxminən iki addımlıqda hələ rəngini tam anışdıra bilmədiyi iri bir ilanın dikələrək ona sarı baxdığını, haça dilini oynatdığını gördü. Əvvəl elə bildi ki, hələ yuxudadır, gözlərini bir an açıq saxladı, sonra kipriklərini aşağı-yuxarı oynatdı. Yox, yuxu-zad görmürdü. İlan ona tərəf çox zəndlə baxır, arabir də anlaşılmaz, izaholunmaz notlarla öz nəğməsini oxuyurdu. Bunu adətən fışıltı adlandırsalar da, Sabir özlüyündə qəti qərara gəldi ki, bu sirli varlıq sadəcə həmcinsləri kimi fışıldamır, İlahidən gələn bir rapsodiyanı dilə gətirir, səsləndirirdi.


Sabir qorxsa da, vahimələnsə də, bu işin necə qurtaracağını səbrlə gözləməyə başladı. İlan öz işində idi, dikəlmişdi, yarısı havada idi, baxışları da düz Sabirin sifətinə zillənmişdi. İşin tərsliyindən qonağın məlum darıxma anları da başlamışdı. Onsuz da yatdığı otaqda bioloji tələbatını ödəməsi üçün heç bir şərait yox idi. Həyətə düşmək şansı da sıfıra enmişdi. İlan ona “icazə” vercəkdimi, bir Allah bilirdi, bir də ki, həyətdə var-gəl edib ara-sıra havaya kəskin hürüş nidaları göndərən boz köpəyin qorxusundan hara çıxmaq olardı ki...


Sabirin keçirdiyi hissləri, baş verə biləcək olayları duymaq və nəticə çıxarmaq isə yalnız Şerlok Holms kimi insanların işi idi. Bizim bu məsələyə qarışmağımız və qonağa çıxış yolu göstərmək heç ağılımızın ucundan da keçməzdi.


Nə isə. Zaman öz işində, ilan öz kefində, Sabir də ki... Daha nə deyim. Səhərin gözü açılar-açılmaz ilan ehmalca döşəməyə yayılaraq otağın baş tərəfindəki qədim buxarıya tərəf süründü və bir andaca yox oldu. Sabir isə sadəcə heykəl kimi yerinin içidə quruyub qalmışdı. Zorla qolunu qaldırdı, sonra ayağının birini, daha sonra o birini tərpətdi. Yox, ölməmişdi. Dərindən nəfəs aldı. Başının ağrısını kəsmək üçün gicgahlarını ovuşdurdu.


Qapı açıldı və Cavid tələm-tələsik içəri girdi. O, Sabirin halını görüb dərindən bir ah çəkdi:


- Qardaşım, necəsən? Gəlmişdi, eləmi? Sabir, sən məni bağışla, əzizim, Allah mənim başıma bir yekə daş salsın. Mən gərək səni əvvəldən xəbərdar edəydim, ya da elə sənin yanında yataydım. O, bizim ev ilanımızdır. Bu mülkdə yaşayırlar nəsillikcə. Sadəcə səni qorumaq, guya baş verə biləcək kənar təhlükələrin qarşısını almaq üçün gəlib oturub otaqda, bir növ teloxronitellik edib. O, bunu sadəcə özünün vəfa borcu bilir. Vallah, nə deyim, işinə qarışa bilmərik. Anam ona hər gün süd içirdir, ailəmizin üzvü kimi hörmətini saxlayırıq. Sən Allah, üzürlü hesab elə, səni əvvəlcədən duyuq salmağı unutmuşam.


Sabir qulaq asdı, dinlədi və... heç nə danışmadı. Sadəcə beynində bu hadisəni hekayələşdirmək üçün süjet xətti qurmağa başladı. Hekayənin adı da belə olacaqdı – “Teloxronitel”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək” - Rusiya səfiri 1 Dekabr 2020, 13:34 Şəhidin son sözü: “Məndən narahat olmayın”… 1 Dekabr 2020, 13:32 “Ağdamdan Xankəndiyə yarım saat, Yerevandan isə 10 saatlıq yol var” 1 Dekabr 2020, 13:27 Vətən, torpaq, bayraq SEVGİSİ... 1 Dekabr 2020, 13:23 Azərbaycan XİN-dən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 13:20 Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi 1 Dekabr 2020, 13:18 “Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” 1 Dekabr 2020, 13:14 “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev 1 Dekabr 2020, 13:10 Rusiyalı sülhməramlılar: “Erməni əhalisi Laçını tərk edib” 1 Dekabr 2020, 13:08 Nazirlik bu vəzifələrə işçi axtarır 1 Dekabr 2020, 13:06 Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edib - VİDEO 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43 Zahid Oruc: Müzəffər Ordumuz BMT qətnamələrini tam yerinə yetirdi..   1 Dekabr 2020, 11:38
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?