Arxiv
4 Sentyabr 2020, 16:50 | MƏDƏNİYYƏT
Belçika şirkətiKor ərəbin mahnısı”na görə Azərbaycandan ÜZR İSTƏDİ

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək “Houcher” adı altında “Karin” musiqi albomuna daxil edilib, www.bandcamp.com onlayn satış saytında, o cümlədən YouTube kanalında yerləşdirilib.


Fikrət Əmirovun vərəsələrinin Əqli Mülkiyyət Agentliyinə müraciəti əsasında bu hüquq pozuntusunun qarşısının alınması üçün müvafiq tədbirlər görülüb və məsələnin tam həlli olunması istiqamətində işlər davam etdirilir. Agentlik tərəfindən hüquq pozuntusunun aradan qaldırılması tələbi ilə Vardan Hovanissian və Emre Gültekinə məktub göndərilmiş, həmçinin YouTube kanalında yerləşdirilmiş “Houcher” adlı musiqi əsərinin Youtube kanalından çıxarılması tələbi ilə həmin kanalın Administrasiyasına müraciət ünvanlanıb.

Bu barədə Modern.az-a adı çəkilən Agentlikdən bildirilib.

Qeyd edilb ki, məsələ ilə bağlı Agentlik tərəfindən hazırlanmış Arayış Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinə də göndərilərək Fikrət Əmirovun pozulmuş müəllif hüquqlarının bərpası və hüquq pozucularına – Vardan Hovanissian və Emre Gültekinə münasibətdə müvafiq tədbirin görülməsi üçün bu hüquq pozuntusu barədə Belçikanın müvafiq dövlət qurumu qarşısında məsələ qaldırılması xahiş edilib. Agentlik tərəfindən Fikrət Əmirovun vərəsələrinə də bütün hüquqi yardımlar edilib və müvafiq məsləhətlər verilib.


Görülən tədbirlərin nəticəsi olaraq, “Karin” musiqi albomunun istehsalçısı olan Belçikanın “Muziekpublique” şirkətindən Agentliyə daxil olmuş məktubda edilmiş səhvə görə üzr istənilib və yaxın zamanda tələb olunmuş bütün dəyişikliklərin ediləcəyi bildirilib. “Muziekpublique” şirkəti tərəfindən Fikrət Əmirovun vərəsələrinə də məktub yazılaraq üzr istənilib və Vardan Hovanissian tərəfindən bu musiqinin folklor müsiqisi olduğu düşünüldüyü üçün bu səhvi etdiyi qeyd edilib.


“Atılmış addımlar nəticəsində www.bandcamp.com saytında “Houcher” musiqisinin məlumat hissəsində dəyişiklik edildikdən sonra bu musiqinin bir tərəfdən folklor nümunəsi (trad - ənənəvi müsuqi) olduğu, digər tərəfdən isə bəstəkar Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında yaradıldığı göstərilib. Lakin bütün bunlar məsələnin mahiyyətinə qeyri müəyyənlik gətirmək məqsədi daşıyır. Nəticə etibarı ilə Vardan Hovanissian və Emre Gültekin folklorun qorunması üzrə beynəlxalq alətin olmamasından istifadə edərək özlərinə bəraət qazandırmağa və məsuliyyətdən yayınmaq məqsədi güdürlər. Halbuki “Kor ərəbin mahnısı” müəllif əsəridir və orijinal əsər kimi 1963-cü ildə qeydiyyatdan keçirilib”, - Agentlik bildirib.


Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının 12-ci maddəsinə əsasən, ədəbi və bədii əsərlərin müəllifləri öz əsərlərinin dəyişilməsi, aranjeman və digər dəyişikliklər edilməsinə icazə vermək müstəsna hüququna malikdirlər.


Müəllif hüquq sistemində aranjeman - əsərin yenidən işlənməsi deməkdir. Aranjemanın kommersiya məqsədilə edildiyi halda əsərin müəllifi, hüquq sahibi və ya vərəsələrindən lisenziya (icazə) alınmalıdır.


Bununla yanaşı, YouTube kanalında “Houcher” əsəri haqqında yerləşdirilən məlumatda da “Houcher - Vardan Hovanissian – Emre Gültekin – Fikrat Amirov” kimi düzəliş edilmişdir. Lakin əsərin tək müəllifi var, o da Fikrət Əmirovdur. Vardan Hovanissian və Emre Gültekin isə həmin əsərin yalnız ifaçılarıdır və üstəlik, əsərin adını icazəsiz dəyişdirənlərdir.


Hazırda pozulmuş hüquqların bərpası üçün Əqli Mülkiyyət Agentliyi tərəfindən Fikrət Əmirovun vərəsələrinə hüquqi yardımların edilməsi davam etdirilir. Agentlik və bəstəkarın vərəsələri “Muziekpublique” şirkətinə qarşı Fikrət Əmirovun müəllif hüquqlarını pozmaqla “Houcher” adı altında YouTube-da və digər media platformalarında yerləşdirilmiş musiqi əsərinin ümumiyyətlə çıxarılması tələbini irəli sürüblər.


Bu məsələlər və plagiatçılıqla məşğul olanlara qarşı tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin ciddi nəzarətindədir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
QHT sədrlərindən beynəlxalq təşkilatlara və həmsədr ölkələrin rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Azərbaycan Prezidenti: “Şəhidlərimizin qanı yerdə qalmayacaq”   27 Sentyabr 2020, 12:01 Separatçılar "qoca könüllüləri" döyüşə çağırır - Sosial mediada 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45 Ermənistanda həbslər başladı 27 Sentyabr 2020, 00:43 Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar 27 Sentyabr 2020, 00:24 Partlayışda 7 nəfər həyatını itirdi 27 Sentyabr 2020, 00:02 Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var 26 Sentyabr 2020, 23:46