Modern.az

Britaniya enerji və iqlim naziri Loard Hant: «Azərbaycan mühüm enerji istehsalçısıdır»

Britaniya enerji və iqlim naziri Loard Hant: «Azərbaycan mühüm enerji istehsalçısıdır»

Dünya

11 Sentyabr 2009, 16:58

Britaniya Lordlar Palatasının sədr müavini, bu ölkənin enerji və iqlim dəyişikliyi məsələləri üzrə dövlət naziri Loard Hant sentyabrın 15-dən 17-dək Azərbaycana səfər edəcək. Bu barədə Modern.az saytına Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən məlumat verilib. Məlumata görə, səfər çərçivəsində L.Hant  15-16 sentyabar tarixlərində Bakıda keçirilən «Qaz infrastrukturu - Xəzər 2009» adlı konfransda iştirak edəcək. Səfər çərçivəsində qonağın həmçinin Azərbaycan Prezidenti, enerji və sənaye naziri, eləcə də neft şirkətinin prezidenti ilə görüşü gözlənilir.
Səfər münasibətini bildirən nazir L.Hant Azərbaycanı Avropa məkanında strateji əhəmiyyətə malik ölkə kimi qiymətləndirib. O, Azərbaycanın mühüm neft-qaz yataqlarına malik oladuğunu qeyd edərək, ölkəmizi mühüm enerji istehsalçısı kimi dəyərləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu