Arxiv
16 Sentyabr 2020, 13:31 | QARABAĞ
Tofiq Zülfüqarov növbəti Qarabağ danışıqları haqda: “Boş-boş müzakirələr aparılacaq”

ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəfləri növbəti görüşə toplayacağı haqqında məlumat yayıb. Həmsədrlərin açıqlamasına görə, bu dəfə xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.  


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov görüş haqqında ilkin gözləntilərini Modern.az-la bölüşüb. O qeyd edib ki, Tovuz döyüşlərindən sonra tərəflər arasında o qədər səs-küy yaratmayan bir görüş keçirilib:


“Danışıqlardan qabaq Nikol Paşinyan 7 tələb irəli sürmüşdü. Prezident İlham Əliyev isə ona cavab olaraq, 1 prinsipi vurğuladı ki, torpaqlarımız işğaldan azad olunmalıdır. Dövlət başçılarının şərtləri açıqlanıb. Xarici işlər nazirləri görüşlərində bundan fərqli bir şey söyləyə bilməzlər.

Mən hesab edirəm ki, bu görüş sadəcə görüş naminə keçirilir. Gec də olsa, həmsədrlər öz fəaliyyətini göstərmək üçün belə addım atırlar. Bu isə formaldır. Hər bir fəaliyyətin bünövrəsi məntiq üzərində qurulur. Məntiqə görə mövqelər dövlət başçıları tərəfindən açıqlanıb. Cavab da verilib. Bu mövqelər çərçivəsində hansısa real danışıqlara yer yoxdur.

Həmsədrlər ənənələrinə uyğun olaraq, atəşkəsin pozulmasını xatırladacaqlar. Qeyd edəcəklər ki, guya tərəflər bildiriblər ki, atəşkəsin pozulmasından narahatdırlar. Ermənistan bizi ittiham edir ki, atəşkəsi Azərbaycan pozur, biz isə ermənilərin təxribat törətdiyini bildiririk. Bunu əsas götürərkən, həmsədrlər atəşkəs rejiminin gücləndirilməsini gündəmə gətirəcəklər. Bu isə Ermənistanın istədiyi, onları sevindirəcək məqamdır. Əsas mövzular kənarda qalacaq, boş-boş müzakirələr aparılacaq”.

T.Zülfüqarov hesab edir ki, həmsədrlər atəşkəsin pozulmasını tərəflərin bir-birinə inamsızlığı ilə əlaqələndirirlər:


“Onlar təklif edəcəklər ki, gəlin, tərəflər arasında etimadı gücləndirək. Bunun üçünsə “xalq diplomatiyası” adlı vasitəyə əl atacaqlar. Yenə nümayəndələrin qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Əsas mövzular bunlardır. Ola bilər yanılım, amma gələcək görüşə perspektivsiz baxıram”.


Azərbaycan tərəfinin Ermənistanla görüşə qatılmaqda maraqlı olduğunu vurğulayan sabiq nazir  bildirib ki, əksi olsa, ermənilər bunu bəhanə edib, bizi danışıqlardan imtinada ittiham edə bilərlər:


“Görüşdə iştirakdan sonra nə danışılıbsa, ictimaiyyətə açıqlanmalıdır. Qapalı danışıqlar prinsipini, sirli müzakirələri aradan götürmək lazımdır. Bu necə sirdir ki, düşmənimiz bilir, biz bilmirik?! Həmsədrlər ictimaiyyəti aldatmaq üçün müzakirənin qapalı olmasını istəyəcəklər. Biz buna getməməliyik. Müzakirə olunan mövzular və görüşdə danışılan məsələlər açıqlanmalıdır.

Bu görüşdən hansısa nəticə gözləmək sadəlövhlük olar. Bu siyasi aksiyadır və Azərbaycan da iştirak edəcək, mövqeyini bildirəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan hərbi vəziyyət və səfərbərlik elan etməyə HAZIRLAŞIR 27 Sentyabr 2020, 12:23 Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir 27 Sentyabr 2020, 12:20 Türkiyə XİN: “Qardaş Azərbaycana dəstəyimiz tamdır” 27 Sentyabr 2020, 12:17 Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 27 Sentyabr 2020, 12:09 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37