Modern.az

İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI

İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI

19 Sentyabr 2020, 11:48

Həftəsonu ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq. 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

2467 ərizə isə yadda saxlanılsa, da hələlik təsdiq edilməyib.

 

İxtisas seçiminin sonuna 1 gün vaxt qalıb və 20 sentyabr saat 23:59-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?