Modern.az

Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR

Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR

19 Sentyabr 2020, 13:32

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsün müəllifi Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir.

 

Modern.az-ın Ermənistan KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin köməyi ilə keçirləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaşlı qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər.

Təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək xidmətlərini davam etdirəcəklər.

 

Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?