Modern.az

Gürcüstanda və Ermənistanda da koronaviruslu xəstələrin sayı artıb

Gürcüstanda və Ermənistanda da koronaviruslu xəstələrin sayı artıb

20 Sentyabr 2020, 15:27

Azərbaycana qonşu olan Gürcüstanda və Ermənistanda da son sutka ərzində koronavirusa yoluxmada artım baş verib.

Modern.az xəbər verir ki, Gürcüstanda daha 196 nəfər koronavirusa yoluxub.

Bu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 3502-yə, sağalanların sayı isə 1494-ə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

Hazırda karantində 5014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Ermənistanda son 24 saat ərzində daha 277 nəfərdə koronavirus aşkarlanıb.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 47 min 531-ə çatıb.

Virusdan ölənlərin sayı da daha iki nəfər artaraq 930-a çatıb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 285-dir. Hazırda Ermənistanda 3893 aktiv koronavirus xəstəsi var.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər