Arxiv
21 Sentyabr 2020, 20:24 | TƏHSİL
Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirdi

Təhsil Nazirliyi ötən günlər ərzində sosial şəbəkələrdə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Arsak” toponiminin yer alması ilə bağlı bir çox qeyri-peşəkar və tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli yayılan məlumata aydınlıq gətirib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, burada əslində tarixi həqiqət təhrif olunaraq əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan  qədim Albaniyanın 12 vilayətindən biri Arsakın guya ermənilərə aid olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir. Ancaq bir çox tarixçi alimlərin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi saxtakarlıq nümunəsidir.

Acınacaqlısı budur ki, bir çox sosial şəbəkə yazarları özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə Təhsil Nazirliyinin nəşr etdirdiyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşmüş və məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə istifadəçilərinə yanlış məlumat vermişlər. Əslində isə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə istinad edilərək təsbit olunub. Digər “dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır və Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Bu, aşağıda göstərilən foto nümunədə də öz əksini tapır.

Hələ 2015-ci ildə Təhsil Nazirliyi bununla bağlı rəsmi olaraq öz mövqeyini bildirib. Buna baxmayaraq, həmin məsələ yenidən gündəmə gələrək insanlarda çaşqınlıq yaradıb.

Bir daha tarixçilərin dəqiq mənbələrinə istinadən deyə bilərik ki, tarix dünənin mirası olmaqla, həm bu günün mirası, sabahın aynasıdır. Biz hamımız tarixi gerçəkliyi dəqiq mənbələrə istinadən verməklə, həm də öz missiyamızı yerinə yetiririk.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:57 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35 Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü 24 Oktyabr 2020, 15:28 Bayrağımız Şuşada dalğalancaq! - VİDEO 24 Oktyabr 2020, 15:20 Azərbaycan öz torpaqlarını geri almağa başlayıb - Ərdoğan 24 Oktyabr 2020, 15:12 Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi 24 Oktyabr 2020, 15:05 İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb 24 Oktyabr 2020, 14:58 ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb 24 Oktyabr 2020, 14:50 Adil Qeybulla: "Məğlubiyyət ermənilərə güclü psixoloji təsir edir" 24 Oktyabr 2020, 14:42 Təhsil naziri erməni terrorunun qurbanı olan şagirdlərdən YAZDI 24 Oktyabr 2020, 14:35 Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq 24 Oktyabr 2020, 14:27 Şəmkirdə yaşayan erməni qadın danışdı - VİDEO 24 Oktyabr 2020, 14:20 Xilaskar ƏSGƏRİM 24 Oktyabr 2020, 14:13