Modern.az

Qarabağ proksi-savaşı?

Qarabağ proksi-savaşı?

26 Sentyabr 2020, 10:20

Qəzənfər Həmidoğlu

Proksi-savaş (Proxy war - proksi-savaş, vəkalət savaşı, dolaylı savaş, təmsili savaş) ilanı Seyid Əhməd əli ilə tutmaq, daha doğrusu, başqasının əli ilə müharibə aparmaqdır.

Qlobal rəqabət şəraitində iri güclərin (ilk növbədə ABŞ və Rusiya) birbaşa toqquşmalardan qaçmaları əcaib hərb üsullarını meydana çıxarıb: hibrid, asimmetrik, diffuz, kiber, iqtisadi, informasiya, siyasi və s.

Aparıcı dövlətlər aralarında baş qaldıran münaqişədə üçüncü ölkənin ərazisində hərbi əməliyyatlar keçirmək və onun resurslarından istifadə etməklə öz məqsədinə çatmağı hədəfləyirsə və bu işi guya ki, həmin üçüncü ölkədəki "daxili münaqişəni tənzimləmək" çətiri altında aparırsa, bu, klassik proksi-savaşdır. Bu müharibənin adını çex-alman əsilli amerikan sosioloq və politoloqu Karl Doyç 1964-cü ildə verib: proxy war.
Ücüncü ölkə proksi-savaşda aydındır ki, piyada (peşka) timsalındadır. İki böyük oyunçu üçüncü ölkədə müttəfiqləri vasitəsi və ya düşmən tərəflərə yardım etməklə toqquşa bilər: Suriya böhranında olduğu kimi.

Və yaxud Liviyadakı vətəndaş müharibəsində BMT-nin tanıdığı Milli Razılaşma Hökumətinə Türkiyə dəstək verir. Üsyançı general Xəlifə Hafterin arxasında isə Misir, Rusiya, Fransa, Səudiyyə və BƏƏ durur. Liviya böhranı klassik olmasa da, "həftəbecər "proksi-savaşı xatırladır: birbaşa toqquşmur, uzaqdan (silahlandırır, maliyyələşdirir, muzdlu döyüşçülərlə təmin edirlər) oynayırlar. Amma nə Türkiyə, nə də qarşısında duranlar, o cümlədən HATO-nun yuyulmamış çömçəsi Fransa indiki şərtlər çərçivəsində tam təmsili savaşa - gərginliyi hərbə-zorbadan o yana keçirməyə hazır deyil.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Rusiyanın köhnə maşası olan Ermənistan Fransanı da arxasına almaqla Türkiyəni Qafqazda guya ki, proksi-savaşa çəkmək istəyir. Məhz Fransanın dəstəyi, Rusiyanın xeyir-duası ilə PKK terrorçuları Qarabağa daşınır.

Amma Türkiyə - NATO-nun ikinci əsgəri gücü bölgəyə yerləşərsə, bu, artıq proksi-savaş, uzaqdan hərb deyil, birbaşa müharibədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi