Arxiv
29 Sentyabr 2020, 13:24 | PARLAMENT
Sahibə Qafarova TRT Haber-ə erməni təxribatlarından DANIŞDI

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı müsahibə verib.

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilk olaraq, prosesləri diqqət mərkəzində saxlayan qardaş Türkiyənin dövlət kanalına öz adından və Azərbaycan Respublikası Milli Məclisi adından təşəkkür edən Sahibə Qafarova qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək ifadə etmişlər:

 "Dəyərli həmkarım Mustafa Şentop şəxsən mənə zəng etmiş və qardaş Türkiyənin dəstəyini ifadə etmişdir. Eyni zamanda, TBMM-də təmsil olunan siyasi partiyalar Azərbaycanla həmrəylik bəyanatları vermişdirlər. Biz bu dəstəyi, həmrəyliyi çox yüksək qiymətləndiririk".

Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı geniş məlumat verən Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri yenidən hücuma keçib. Bu hücumu ilə Ermənistan yeni ərazilər ələ keçirmək niyyəti ilə hərəkət edib:

 "Onlar həm də sivil əhalini hədəf almışlar. Təəssüf ki, bizim həm mülki vətəndaşlarımız, həm də hərbi qulluqçularımız şəhid olmuşdur. Lakin onu da qeyd edim ki, Azərbaycan ordusu qısa müddətdə əks-hücum əməliyyatına başlamış və düşməni geri çəkilməyə məcbur edib".

Artıq şanlı ordumuzun bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini vurğulayan Sahibə Qafarova əmin olduğunu bildirib ki, haqq uğrunda savaşan ordumuz ən qısa müddətdə işğal altında olan bütün torpaqlarımızı azad edəcək: "Biz öz torpaqlarımızı azad etmək uğrunda savaş veririk. Biz, illərdir işğal altında qalan ata-baba yurdumuzu işğaldan azad etmək istəyirik və heç kəsin torpağına göz tikməmişik. Biz bizə aid olanı geri alırıq və alacağıq".

Müsahibəsində Azərbaycan torpaqlarının 30 ildir ki, işğal altında olduğunu xatırladan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də Ermənistanın bu niyyəti barədə dünya ictimaiyyətinə məlumat verib. Ermənistanın bu təcavüzkar niyyəti, illərdir davam edən işğalçılıq siyasəti regionda sülhə əsas əngəldir. Azərbaycan bu işğalı aradan qaldırmaqla həm də regiona sülh və əmin-amanlıq gətirəcək. 

"Hazırda Azərbaycan xalqı ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Və əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!", - deyə Sahibə Qafarova qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53 Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu 25 Oktyabr 2020, 00:40 Moskvada daha 68 nəfər koronavirusdan öldü 25 Oktyabr 2020, 00:33 Avropanın tənəzzülü yaxınlaşıb - Ərdoğan 25 Oktyabr 2020, 00:28 Gözün aydın, AZƏRBAYCAN! 25 Oktyabr 2020, 00:16 “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycan paylaşımı - FOTO 25 Oktyabr 2020, 00:09 Cəbhə gündəliyi: 24 oktyabrda nələr oldu... 25 Oktyabr 2020, 00:06 Əfqanıstanda partlayış - onlarla insan həlak oldu 24 Oktyabr 2020, 23:52 Daha bir hərbçimiz koronavirusla bağlı əhaliyə çağırış etdi - VİDEO 24 Oktyabr 2020, 23:48 Bakıda kütləvi dava - xəsarət alanlar var 24 Oktyabr 2020, 23:34 Fransa Türkiyədəki səfirini geri çağırdı 24 Oktyabr 2020, 23:28 Yolu keçən piyadanı maşın vurdu 24 Oktyabr 2020, 23:19 “General Həzi Aslanov” gəmisində partlayış olub 24 Oktyabr 2020, 23:13 Paşinyanın qızı rus xalqını təhqir edir 24 Oktyabr 2020, 23:06 Düşmənin hərbi obyektlərini və hədəflərini məhv edən zabitimiz- VİDEO 24 Oktyabr 2020, 22:51 Levandovski yeni rekorda imza atdı 24 Oktyabr 2020, 22:46 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO 24 Oktyabr 2020, 22:30 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır - Prezidentin köməkçisi 24 Oktyabr 2020, 22:16 ABŞ-ın Azərbaycandakı Səfirliyindən vətəndaşlarına terror təhlükəsi barədə XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 22:13 Hərbi pilotumuzdan Azərbaycan xalqına ÇAĞIRIŞ 24 Oktyabr 2020, 22:00 “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür” 24 Oktyabr 2020, 21:50 “Fransa Prezidentinin psixi müalicəyə ehtiyacı var” - Ərdoğanın çıxışı diplomatik qalmaqal yaratdı 24 Oktyabr 2020, 21:39 Ermənistan döyüşlərdə uşaqlardan istifadə edir - VİDEO 24 Oktyabr 2020, 21:28 Düşmənin 19 hərbçisini məhv edən snayperçimiz - VİDEO 24 Oktyabr 2020, 21:18 “Ayaks”dan darmadağın - 13:0 24 Oktyabr 2020, 21:10 Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı - VİDEO 24 Oktyabr 2020, 21:04 “El Klassiko”nun qalibi müəyyənləşdi 24 Oktyabr 2020, 20:55 “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 20:45 Cüdoçumuz qızıl medal qazandı 24 Oktyabr 2020, 20:38 Şəkidə ağır yol qəzası 24 Oktyabr 2020, 20:29 ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir 24 Oktyabr 2020, 20:14