Arxiv
2 Oktyabr 2020, 15:40 | AKTUAL
UNEC-in tədris və tədqiqat uğurlarının “pasportları” -  Yubiley kitabları - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il yaranmasının 90 illik yubileyini qeyd edir.

 

Bu gün Azərbaycanın və bütövlükdə Qafqazın mühüm ali təhsil  ocaqlarından olan UNEC  kifayət qədər mürəkkəb bir tarixi inkişaf  yolu keçib.

 

1930-cu ildə yaranan universitet sovet ali təhsil siyasətinin çox vaxt anlaşılması çətin olan islahatlarına məruz qalsa da, o dövrdə də öz nüfuzunu qoruyub saxlaya bilib və abituriyentlərin ən çox üstünlük verdiyi ali təhsil müəssisələrindən olub.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra UNEC-in inkişafı üçün yeni və geniş imkanlar açılıb. UNEC müstəqillik dövründə ölkədə aparılan ali təhsil islahatlarına uyğun olaraq, öz inkişaf yolunu müəyyənləşdirib  və bu yolda əhəmiyyətli nəticələr əldə edib.

 

Modern.az xəbər verir ki, universitet  rəhbərliyinin qərarına əsasən UNEC-in  90 illiyi münasibətilə 6 cildlik nəfis məlumatlandırıcı kitablar çap edilib.

 

UNEC 90 illik fəaliyyətindən bəhs edən,  çoxsaylı müəllif kollektivi tərəfindən qələmə alınan kitablarda  universitetin inkişaf  yolu və bu yolda əldə edilən əsas nəticələr, həmçinin universitetin rektorları, professorları, məzunları, yubiley təbrikləri  əksini tapıb. 

 

Kitabların hazırlanması və nəşri professor və müəllim kollektivinin  gərgin əməyi  nəticəsində  ərsəyə gəlib.

 

Müəllif  və redaksiya heyəti üzvlərinin əməyi isə xüsusi qeyd edilməlidir.

 

UNEC 90 yaşını qeyd edərkən, eyni zamanda da 100 yaşının tamam olacağı 2030-cu il üçün nəzərdə tutulan hədəfələrinə fokuslanıb.

 

Modern.az həmin kitablar haqda məlumatı təqdim edir:

 

“Azərbaycan Dövlət  İqtisas Universiteti  90” adlı kitab universitetin 90 illik tarixi inkişaf yolunu və bu yolda əldə etdiyi əsas nəticələri özündə ehtiva  edir.

 

Kitab 5 fəsildən ibarətdir.   Toplunun  baş redaktoru  UNEC  rektoru, professoru  Ədalət Muradovdur.

 

Birinci fəsildə 1930-cu ilə qədər, yəni Azərbaycan Dövlət İqtisad  Universitetinin ilk sələfi olan ali təhsil müəssisəsinə qədər ölkədə iqtisadçı kadr hazırlığı sahəsində ilk təşəbbüsdən bəhs edilir.  

 

İkinci fəsil, Azərbaycanda iqtisad yönümlü müstəqil ali təhsil ocağının formalaşması prosesinə həsr edilib.

 

Üçüncü fəsil, II Dünya müharibəsi və ondan sonrakı dövrdə Azərbaycanda ali iqtisadi təhsilin əsas inkişaf xüsusiyyətlərindən bəhs olunur. Dördüncü fəsildə, müstəqil Azərbaycanda həyata keçirilən ali təhsil islahatları fonunda UNEC-in əsas inkişaf mərhələləri şərh edilir. Beşinci fəsildə isə, 90 yaşında UNEC-in mövcud vəziyyəti, son illər əldə etdiyi uğurlar öz əksini tapıb.

 

 

 

“Azərbaycan Dövlət İqtisad universiteti, UNEC rektorları 1930-2020”  kitabında  bu günədək universitetin rektoru olan 18 alimdən  bəhs edilir.

 

Məlumat üçün bildirək ki, universitetin ilk rektoru Mehdibəy İsmayılov , sonuncusu və hazırkı  rektoru isə professor Ədalət  Muradovdur.

 

“Azərbaycan Dövlət İqtisad Universitetinin professorları 1930-2020”  kitabında geniş olaraq universitetin keçmişdən bugünə olan professor heyətindən bəhs edilir.  Kitabda 164 professor haqda məlumat yer alıb.

 

 

“Azərbaycan Dövlət İqtisad Universitetinin məzunları”  adlı kitabda universiteti əla göstəricilərlə baş vurub hazırda müəyyən vacib vəzifələrdə çalışan məzunları yer alıb. Bunların sırasında Kərəm Həsənov, Natiq Əmirov, Emin Hüseynov, Xaliq Əhədov, Andrey Sipilin, Şahin Mustafayev, Mikayıl Cabbarov, Ceyhun Bayramov, Muxtar Babayev və sair şəxslərə yer verilib.

 

 

“Azərbaycan Dövlət İqtisad Universiteti , UNEC- 90 fakt 1930-2020” kitabında universitet haqda maraqlı məlumatlar yer alıb.

 

“UNEC-90 Yubiley təbrikləri”  kitabında universitetin yaranmasının 90 illiyi münasibətilə UNEC-in ünvanına ölkəmizin dövlət idarəetmə orqanlarından, Milli Məclis üzvlərindən, yerli və xarici ali təhsil müəssisələlərindən, icra hakimiyyəti orqanlarından, özəl qurumlardan və ictimaiyyət nümayəndələrindən çoxsaylı təbrik məktubları daxil olub.  Təbriklərdə qeyd olunan səmimi sözlərin, arzu və diləklərin UNEC üçün əhəmiyyəti nəzərə alınaraq kitab halında çap edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türk Şurasının rəsmiləri Ağdam Cümə məscidini ziyarət ediblər - FOTOLAR 11 Aprel 2021, 12:30 Rusiyada pandemiya qurbanlarının sayı 103 minə çatdı 11 Aprel 2021, 12:22 Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığında olublar - FOTOLAR 11 Aprel 2021, 12:15 “Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı 11 Aprel 2021, 12:07 Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək - Hava proqnozu 11 Aprel 2021, 12:00 Hacıqabulda 29 yaşlı qadın özünü gölə atdı 11 Aprel 2021, 11:52 DİM imtahan keçirir 11 Aprel 2021, 11:44 İctimai yerdə gəzən daha bir koronavirus xəstəsi YAXALANDI 11 Aprel 2021, 11:37 Ermənistanda koronavirusdan ölənlərin sayı 3800-ə çatır 11 Aprel 2021, 11:30 Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb - FOTOLAR 11 Aprel 2021, 11:23 Naftalanda toy edənlər cərimələndi 11 Aprel 2021, 11:17 Türkiyənin Ukraynanı dəstəkləməsi Ərdoğan-Putin münasibətlərini pozacaq? - ŞƏRH 11 Aprel 2021, 11:10 Koronavirusdan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR 11 Aprel 2021, 11:03 İTBAŞI (23-cü bölüm) - SON 11 Aprel 2021, 10:56 Polis reyd keçirdi - sürücülər və piadalar cərimələndi 11 Aprel 2021, 10:50 Vaqif Cavadovun atası koronavirusdan öldü  11 Aprel 2021, 10:43 Salyanda ağır qəza - yaralılar var 11 Aprel 2021, 10:37 Türk Şurasına üzv dövlətlərin nümayəndələri Ağdam və Gəncəyə gedir 11 Aprel 2021, 10:30 Saatlıda gecə işləyən çayxana aşkarlandı 11 Aprel 2021, 10:22 Koronavirusa yoluxanların sayı 135 milyonu ötdü 11 Aprel 2021, 10:15 Yevlaxda açıq havada toy edənlər CƏRİMƏLƏNDİ 11 Aprel 2021, 10:07 Füzulinin Aşağı Rəfədinli kəndi - VİDEO 11 Aprel 2021, 10:00 Çində koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 09:53 Ağdamda 3 otaqlı ev yandı 11 Aprel 2021, 09:47 Qırğızıstanda seçkilər keçirilir - FOTO 11 Aprel 2021, 09:40 Bu qəhvə şəkər xəstəliyi riskini azaldır, yağları əridir - FOTO 11 Aprel 2021, 09:33 Ramazanda sərt karantin olacaq? - VİDEO 11 Aprel 2021, 09:27 İranın Atom Elektrik Stansiyasında qəza olub 11 Aprel 2021, 09:20 Bakıda gənc yol qəzasında xəsarət aldı 11 Aprel 2021, 09:13 Türkiyə xüsusi təyinatlıları terrorçuları zərərsizləşdirdi 11 Aprel 2021, 09:07 BƏƏ kosmosa qadın göndərəcək 11 Aprel 2021, 09:00 Samuxda nişan mərasimi keçirənlər cərimələndi 11 Aprel 2021, 08:53 "El-Klassiko"nun qalibi məlum oldu 11 Aprel 2021, 01:00 “Milan” səfərdə qalib gəldi 11 Aprel 2021, 00:50 Messi Ramosun rekordunu yenilədi 11 Aprel 2021, 00:38