Arxiv
22 Oktyabr 2020, 13:45 | ANALİTİKA
Yeltsinin “sağ əli” ermənilərə MÜRACİƏT ETDİ: “Bəs niyə belə axmaqlıq etdiniz?”

1990-cı illərdə prezident Boris Yeltsinin komandasında təmsil olunmuş, baş nazirin müavini postunu tutmuş Alfred Kox Qarabağda gedən döyüşlərlə bağlı öz fikirlərini bölüşüb.

 

Modern az xəbər verir ki, Kox Ermənistan rəhbərliyini Qarabağı itirməklə barışmağa çağırıb.

“Təbii ki, mən yanıla bilərəm, amma məncə, erməni elitası Ermənistanı müharibədə məğlubiyyətə uğramaq bahasına fundamental səhvə yol veriblər.

İş ondadır ki, Ermənistan tərəfdə münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən 3 ölkədən (ABŞ, Fransa, Rusiya) sıfırın üzərində, minimal ehtimalla döyüşə biləcək tək ölkə Rusiyadır.

ABŞ, yaxud fransız əsgərlərinin gələrək, sinələrini qabağa verib Qarabağı Azərbaycan Ordusundan qoruyacağı ehtimalı heç nəzəri baxımdan da mümkün deyil. Deməli, hərbi məğlubiyyətə uğramamaq və Azərbaycan Ordusunun Dağlıq Qarabağa girməsinin qarşısını almaq üçün Ermənistan Rusiyanı yalnız diplomatik deyil, praktik mənada – hərbi səviyyədədə də konfliktə cəlb etməlidir.

 

Amma həm Ermənistan, həm də Rusiyadakı erməni diasporu bunun üçün tamamilə yanlış yol seçib.

Ermənilər Rusiyanın hakim siyasi və hərbi elitası ilə yaxşı və etibarlı münasibətlər qurmağa üstünlük verdilər.

Erməni iş adamları onlara çirkli pulların yuyulmasında, silah ticarətində yardım etmiş, səxavətli rüşvətlər ödəmiş və s. addımlar atıb. Mən heç kimi ifşa etmək niyyətində deyiləm – istəmirsinizsə, bunu etiraf etməyin.

 

Bundan başqa, erməni təbliğatçıları (bu yerdə Simonyan-Keosoyan cütlüyünü necə yada salmayasan) gecə-gündüz Kreml üçün çalışırdılar və bunun üçün nəcisin içinə girməkdən də çəkinmirdilər. Təkcə “Solsberi kilsəsi” ilə bağlı müsahibə nəyə desən dəyərdi.

 

Amma Rusiya rəhbərliyi ilə yaxşı münasibətlər perspektivdə böyük itkilər vəd edən müharibə  və ciddi siyasətçilərlə yaranacaq problemlər qarşısında heç bir əhəmiyyət daşımır. Kreml (mən bunda dərindən əminəm) yalnız 2 halda müharibə varinatına gedə bilər:

1.Bu müharibə Rusiya cəmiyyəti tərəfindən dəstəklənsin,

2.Rusiyaya ərazi, yaxud ciddi maliyyə qazancı gətirsin.

Konfliktə müdaxilə zamanı bu 2 faktorun heç biri olmayacaq. Bu müharibəni cəmiyyətimiz “özününkü” saymır, heç bir tərəfə tam rəğbət yoxdur və Kreml müharibəyə qoşulsa, bundan xal toplamayacaq.

 

Krımın ilhaqı tam başqa idi: bütün Rusiya cəmiyyəti vətənpərvərlik eyforiyasında idi və Putin növbəti 5 il üçün yüksək reytinqini tam təmin etmiş oldu.

Hazırkı konflikt Kreml üçün bunlardan heç birini vəd etmir. Yalnız tabut axını və xalqın susqun qəzəbini...

Ona görə də cavabım sadədir: əziz erməni lobbistləri! Mən sizi anlayıram və haradasa halınıza acıyıram (amma yenə də beynəlxalq hüquqa görə, Azərbaycanın haqlı olduğunu deməliyəm).

Amma! Siz heç vaxt Rusiya xalqına xoş gəlməyə çalışmırdınız. Siz ona açıq şəkildə biganə yanaşırdınız. Siz öz işlərinizi Kreml elitası ilə görürdünüz. Hamınız bu işlərdə yaxşı qazandınız və müəyyən mənada Kreml elitasına çevrilə də bildiniz. Amma hazırda bu lazım olan şeylər deyil. Sizin Kremllə əlaqəniz və nüfuzunuz sizə heç cür kömək etməyəcək. Sizə milyonlarla rusiyalının sevgi və rəğbəti lazımdır. Bu isə yoxdur. Niyə? Yəqin ki, bu suala on cildlik araşdırmanın cavab verməsi məntiqli olar. Amma mən sadə dildə deyəcəm: baş verənlər sevgi və rəğbəti qazanmaq üçün heç nə etməməyinizlə bağlıdır.

 

Ədalət xatirinə deməliyəm ki, Azərbaycana qarşı da belə sevgi və rəğbət yoxdur. Amma bu Azərbaycana heç lazım da deyil. Onlar öz hədəflərinə, özlərinə inanaraq, Rusiyanın yardımına ümid etmirlər. Azərbaycan təkcə Rusiyanın işə qarışmamasını istəyir. Amma siz ermənilər ki, Rusiyanın dəstəyinə həmişə ehtiyacınız olduğunu bilirdiniz axı...

Sizə yardımı olmadan ayaqda qala bilməyəcəyinizi bilirdiniz. Bəs, onda niyə özünüzü uzaqgörən aparmırdınız?

Axı qədim xalq olduğunuzu, sağ qalmaq üçün unikal təcrübəniz olduğunu deyirdiniz...

Bəs niyə belə axmaqlıq etdiniz?”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 56-ya çatdı 17 Yanvar 2021, 09:09 Nyu-Yorkda vaksin çatışmazlığı 17 Yanvar 2021, 09:00 İran ABŞ-ın son sanksiyalarını "görüntü cəhdi" adlandırdı 17 Yanvar 2021, 08:54 Son sutkada koronavirusdan 14 mindən çox insan öldü 17 Yanvar 2021, 08:40 2050-ci ilə qədər Yerin temperaturu pik həddə çatacaq 17 Yanvar 2021, 08:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 08:15 Əfqanıstan silkələndi 17 Yanvar 2021, 08:08 Antalyadan qalxan təyyarədən Moskvada qəza enişi  17 Yanvar 2021, 07:46 Fransada etirazçılar 12 polisə xəsarət yetirdilər 17 Yanvar 2021, 07:41 Bakıda 32 yaşlı kişi tanışını bıçaqladı 17 Yanvar 2021, 07:36 Almaniyanın gələcək kansleri bu şəxs ola bilər 17 Yanvar 2021, 01:00 “Çelsi” derbidə qalib gəldi 17 Yanvar 2021, 00:46 İranın ballistik raketi ABŞ gəmisinin həndəvərinə düşdü 17 Yanvar 2021, 00:31 Şanxay Əməkdaşlıq Təşkilatında sədrlik Tacikistana keçdi 17 Yanvar 2021, 00:15 Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb 17 Yanvar 2021, 00:04 Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması 16 Yanvar 2021, 23:50 Kəlbəcərdə ev yandı - FHN söndürdü 16 Yanvar 2021, 23:43 İranda karantin qaydaları daha da sərtləşdirilə bilər 16 Yanvar 2021, 23:31 Türkiyə Super Liqasında qollu heç-heçələr 16 Yanvar 2021, 23:16 Fransa yenə qarışdı 16 Yanvar 2021, 23:01 Messi Super Kubokun finalında oynamayacaq? 16 Yanvar 2021, 22:50 “Paşinyan vəzifədən getsə, belə ordu ilə kim müharibəyə başlayacaq?” 16 Yanvar 2021, 22:35 Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı 16 Yanvar 2021, 22:22 Gəncədə azyaşlı dəm qazından boğuldu 16 Yanvar 2021, 22:08 Hirkan Milli Parkında yanğın davam edir 16 Yanvar 2021, 21:59 Bayden Viktoriya Nulandı yüksək vəzifəyə təyin edəcək 16 Yanvar 2021, 21:47 Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi 16 Yanvar 2021, 21:32 İran ballistik raketlərini sınaqdan keçirdi 16 Yanvar 2021, 21:25 Britaniyada bir gündə 1295 nəfər virusdan öldü 16 Yanvar 2021, 21:11 “Barselona”da prezident seçkiləri ertələndi 16 Yanvar 2021, 20:59 Hərbi helikopter qəzaya uğradı 16 Yanvar 2021, 20:44 Rusiya bu ölkələrə uçuşları bərpa edir 16 Yanvar 2021, 20:29 Məsut Özil “Arsenal”dan ayrıldı 16 Yanvar 2021, 20:14 Zabratdakı yanğın söndürüldü 16 Yanvar 2021, 20:06 Türkiyə bundan sonrada Azərbaycana dəstək verəcək - Ərdoğan 16 Yanvar 2021, 19:00