Arxiv
23 Oktyabr 2020, 17:20 | DÜNYA
Azərbaycan könüllüləri, işğaldan azad olunmuş ərazilərin bərpasına hazırlaşın!

Bu il təbiətin və həyatın bizə göstərdiyi COVİD-19 pandemiyası ilə yanaşı, ictimai-siyasi həyatımızda baş verənlər birbaşa olaraq Azərbaycanın tarixində vacib və əhəmiyyətli hadisələr kimi qalacaqdır.


Fevralın 9-da ilk dəfə olaraq növbədənkənar altıncı çağırış parlament seçkilərinin keçirilməsi, 2020-ci ilin “Könüllülər ili” kimi Azərbaycanda qeyd olunması, 30 ildən sonra Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi üçün hərbi əməlliyatlara başlaması, işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycan ərazilərində kəndlərin, şəhərlərin tarixi adlarının bərpası Azərbaycanın tarixi və ictimai-siyasi həyatında xüsusi qeyd olunacaq hadisələrdəndir.



Azərbaycan öz suverenliyinin bərpası istiqamətində apardığı ədalətli mübarizədə bütün dünyaya Azərbaycan xalqının birliyini, müzəffər Ordumuzun şücaətini bir daha göstərdi. Həsrətlə gözlədiyimiz rayonlarımızın ardıcıl olaraq işğaldan azad olunması ilə mənfur düşmənə və onların himayədarlarına sübut etdik ki, Azərbaycanın qələbəsi çox da uzaqda deyil. Hərbi-siyasi müstəvidə ərazilərimizin işğaldan azad olunmasını təmin edərək Ali Baş Komandanın rəhbərliyi ilə xarici diplomatiya sahəsində də Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması istiqamətində ölkəmiz qələbə müjdəli sözünü deyəcəkdir.
Xalqımızın tolerantlığı, multikultural dəyərlərə hörməti, sülhsevərliyi və yaşamağa doğru həyat sevgisi insanlarımızın daha yaxşı yaşamasını və davamlı inkişafı təmin etmək üçün işğaldan azad olunmuş torpaqlarımızda infrastruktur, iqtisadi-sosial sahədə inqilabi layihələrin həyata keçirilməsini zəruri edir.

Bugünədək Azəbaycan iqtisadi-sosial sahədə görünməmiş nailliyətlər əldə etmişdir. Azərbaycanın kifayət qədər ehtiyyat fondunun olması, habelə qeyri-neft sahəsinin ildən-ilə inkişaf etməsi, kənd təsərrüfatı sahəsində son illərdə əldə edilən uğurlar qısa müddətdə müasir, yüksək səviyyəli həyatın Qarabağda yaradılmasına imkan verir.
İşğal altında olan torpaqlarımız 30 il müddətində vəhşicəsinə dağıdılması, bütün infrastruktur məhv edilməsinə baxmayaraq, hərbi əməliyyatlardan sonra əsaslı təmizləmə, bərpa və əhalinin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi xalqımızın və dövlətimizin əsas hədəflərindəndir.

Bu gün Azərbaycan cəmiyyətində bugünədək olmayan birliyin, vəhdətin olması, habelə Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti sayəsində inkişaf etmiş “Könüllülər hərakatı” bizə imkan verir ki, biz könüllülər ordusu olaraq ölkənin bütün könüllülər təşkilatlarının iştirakı ilə, hamımız bir nəfər kimi Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlarımızda həmin ərazilərin yenidən bərpası və qurulması işlərində yaxından iştirak edək. Bununla əlaqədar olaraq “QAYIDIŞ” Konsepsiyasının hazırlanma işlərinə başlanılması artıq tarixi bir zərurətə çevrilmişdir.

 


Dünya liderlərinin iştirakı ilə dini-mədəni irsin qorunmasına dair böyük, mötəbər tədbirlərin Azərbaycanda ən yüksək səviyyədə keçirilməsi, dünya əhəmiyyətli idman bayramlarının ölkəmizdə təşkil olunması məhz yeni yaradılmış könüllülər hərakatının üzvlərinin iştirakı və birinci vitse-prezidentimiz Mehriban xanımın vurğuladığı kimi onların yorulmaz, vətənpərvər, müasir çağırışlara cavab verən keyfiyyətlərinin yüksək olması ilə bağlı olmuşdur.

Bütün Azərbaycan könüllülərini azad olunmuş torpaqlarımızda uzunmüddətli sülhün yaradılması üçün yeni könüllülük fəaliyyətinə hazır olmalarına səsləyirəm. Azərbaycanın dünya ölkələri və beynəlxalq təşkilatlarla qarşılıqlı, yüksək səviyyəli münasibətini nəzərə alaraq 5 dekabr Beynəlxalq Könüllülər Günü ərəfəsində BMT könüllülərinin iştirakı ilə “Qarabağda yeni həyat quraq” devizi altında bütün ölkə könüllüləri və könüllülər təşkiatlarının iştirakı ilə hərakatın başlaması – Azərbaycan xalqının dünyada sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha nümayiş etdirəcəkdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabiq məmur ailəsi ilə birgə Füzulidə minaya düşdü 28 Noyabr 2020, 17:58 "Qızıl Xaç"dan TƏBİB-ə tibbi yardım ianəsi 28 Noyabr 2020, 17:51 Azərbaycanda koronavirusa 1 gündə 4200-dən çox insan YOLUXDU 28 Noyabr 2020, 17:23 Prezidentin köməkçisi Ağdam stadionunda futbol oynadı - VİDEO 28 Noyabr 2020, 17:16 Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib 28 Noyabr 2020, 17:13 Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı 28 Noyabr 2020, 17:05 Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir   28 Noyabr 2020, 17:00 “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 28 Noyabr 2020, 16:52 Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - RƏSMİ 28 Noyabr 2020, 16:46 "Qarabağ"ın futbolçuları Ağdam məscidində namaz qıldı 28 Noyabr 2020, 16:30 Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq 28 Noyabr 2020, 16:21 Hikmət Hacıyev, xarici diplomatlar və "Qarabağ" klubu Ağdamda... - FOTOLAR 28 Noyabr 2020, 15:50 Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək 28 Noyabr 2020, 15:25 İranda 391 nəfər koronavirusdan ölüb 28 Noyabr 2020, 15:15 İqtisadi Şurada azad olunmuş ərazilərlə bağlı MÜZAKİRƏLƏR 28 Noyabr 2020, 15:03 Dünyanın dəhşətli koronavirus STATİSTİKASI 28 Noyabr 2020, 14:51 Füzulidə koronaviruslu xəstə qanunu pozdu 28 Noyabr 2020, 14:46 Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ 28 Noyabr 2020, 14:42 Məğrur duruşlu Azərbaycan ANASI... 28 Noyabr 2020, 14:40 Ermənistanlı əsgər anaları övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR 28 Noyabr 2020, 14:35 “Vətəndaş Ruslan Quliyev polis təzyiqinə məruz qalmayıb” - TƏKZİB 28 Noyabr 2020, 14:29 Abşeronda və Bakıda koronaviruslu xəstələrə cinayət işi açıldı 28 Noyabr 2020, 14:22 Qənirə Paşayeva şəhid Xəyal Şəkərovdan YAZDI 28 Noyabr 2020, 14:01 Yerevanda əsgər anaları növbəti aksiya keçirir 28 Noyabr 2020, 13:53 Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB 28 Noyabr 2020, 13:41 Gəncədə koronavirusla mübarizə tədbirləri davam edir 28 Noyabr 2020, 13:40 Deputatdan TƏKLİF: “Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyik” 28 Noyabr 2020, 13:31 Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır 28 Noyabr 2020, 13:18 DİN Sumqayıtın polis rəisi ilə bağlı yayılan məlumatı təkzib etdi 28 Noyabr 2020, 13:06 44 gündə 16 min mərminin atıldığı ŞƏHƏR 28 Noyabr 2020, 12:55 Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib 28 Noyabr 2020, 12:44 Sabahın hava proqnozu açıqlanıb 28 Noyabr 2020, 12:33 Aqil Abbas Ağdamı ziyarət etdi 28 Noyabr 2020, 12:26 OPEK+ neft hasilatı ilə bağlı yeni qərar verdi 28 Noyabr 2020, 12:23 Azərbaycanda tütün yığımının statistikası AÇIQLANDI 28 Noyabr 2020, 12:21
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?