Modern.az

Avropanın tənəzzülü yaxınlaşıb - Ərdoğan

Avropanın tənəzzülü yaxınlaşıb - Ərdoğan

Aktual

25 Oktyabr 2020, 00:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın tənəzzülə yaxın olduğunu söyləyib.

 

Modern.az xəbər verir ki, Prezident bu barədə Kayseri şəhərində çıxışında deyib.

 

“Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı” -  deyən Ərdoğan bildirib ki,  Avropa ölkələrinin vətəndaşı olan müsəlmanların hüquqlarına edilən hücumlar, Avropa faşizminin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.

 

Türkiyə lideri qeyd edib ki, Avropa bundan ən qısa müddətdə xilas olmasa, o zaman bu xəstəlik Avropanı içəridən məhv edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir