Modern.az

Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı

Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı

Aktual

25 Oktyabr 2020, 13:58

Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

 

Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq  aşkar  edib.

 

Bildirilib ki, mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı