Arxiv
26 Oktyabr 2020, 15:44 | ANALİTİKA
F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert

“Rusiyanın Zəngilan-Qubadlı-Laçın zolağında bayraq nümayişi, İranın cənub-qərb sərhədimizdə hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdiddir”.


Modern.az
xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək. Yəni "F-16 məsələsi Rusiya və İrana mesaj idi".

“İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyə F-5 döyüş təyyarələrinin 2001-ci ilin avqustunda Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirməsini xatırlatmaq yerinə düşər”,-Ş.Cəfərli bildirib.

Ekspert deyib ki, xarici təzyiqləri dəf etmək üçün Azərbaycanda xalq-dövlət (hökumət) birliyinə bəlkə də heç vaxt olmadığı qədər ehtiyac yaranıb.

“Bu baxımdan prezidentin çıxışında bir məqam diqqətimi çəkdi. O, Mütəllibov iqtidarını milli olmamaqda ittiham etdiyi halda, bu dəfə Elçibəy dövrünün (AXC-Müsavat) üzərindən sükutla keçdi. Bu da həmin qüvvələrin hazırda toplumda müəyyən çəkiyə və mövqeyə sahib olması ilə əlaqədardır. Yəni bu qüvvələrə qarşı əvvəlki ritorika və siyasətin heç yeri deyil, faydası da ola bilməz.

Tarixi mərhələdən keçirik və nə qədər şablon səslənsə də, yalnız birlik və bərabərliklə bu sınaqdan maksimum qazancla, hərbi-siyasi qələbə ilə çıxmaq mümkündür”.

 
Xatırladaq ki, İlham Əliyev bu gün Dövlət Televiziyası ilə xalq müraciət edərkən xarici jirnalistləri nəzərdə tutaraq deyib:

“Sual verirlər Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var də, görmürsünüz nə gəzir? Gedin baxın da, F-16 neyniyir, havadadır, ya yerdədir?”

Dövlət başçısı deyib ki, hər kəs bilir ki, təyyarələr yerdədir: “Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər. Yaxşı, cəmi 5-6 təyyarə aeroportda qalıbdır. Bunu hər dəfə sual verirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50 Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28 Rusiya Rumıniya diplomatını ölkədən çıxarır 11 May 2021, 20:18 İran və ABŞ dənizçiləri arasında insident 11 May 2021, 20:04 Buffon ayrılıq qərarı verdi 11 May 2021, 19:20 Gümüş və bürünc medalçılar da müəyyənləşdi 11 May 2021, 19:12 Şəmkir sakini bibisi oğlunu GÜLLƏLƏDİ 11 May 2021, 19:05 40 kilometrlik "Zəngəzur dəhlizi" mütləq açılacaq 11 May 2021, 18:58