Arxiv
27 Oktyabr 2020, 17:41 | MƏDƏNİYYƏT
Şəhid Milli Qəhrəmanımızın Ukraynada yaşayan xanımı: “Rafaelin nəvələri ilə azad edilmiş Qarabağa gedəcəyik”

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun anadan olmasından 68 il ötür.


1991-ci ildən Qarabağın azadlığı uğrunda mübarizəyə qatılan Rafael Əsədov cəbhənin Goranboy, Ağstafa, Qazax, Ağdam və s. istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Polkovnik rütbəsinə qədər yüksələn hərbçimiz 1992-ci il noyabrın 12-də Ağstafa istiqamətində şəhid olub. 1994-cü il sentybarın 16-da Prezidentin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Modern.az saytı Milli Qəhrəmanın hazırda Ukraynada yaşayan həyat yoldaşı, 2 övladının anası Valentina Əsədovadan qısa açıqlama alıb.

Valentina Əsədova Ordumuzun uğurlu əks-hücum əməliyyatı ilə bağlı sevincini bölüşüb, həyat yoldaşı barədə xatirələrini danışıb.


“Həyat yoldaşımızla xatirələrimiz mənim üçün çox əzizdir, çox dəyərlidir. Həm də o günləri xatırlamaq çox ağırdır. Rafael ətrafına etibar etdiyi dostlarını toplayaraq dəstə yaratmışdı. O vaxt hər şey başqa idi.

Bu gün isə güclü Azərbaycan Ordusu var, Azərbaycan əsgəri Qarabağı azad edir. Buna çox şadam, hər gün əsgərlərə dua edirəm. İndi Rafaelin də ruhu məzarda rahat uyuyacaq. Çox qəribə idi, o, cəbhədə ən ağır vəziyyətlərdə belə sonda qalib gələcəyimizə inanırdı. Çox qürurluyam ki, azərbaycanlı ərim öz həyatını hər şeydən dəyərli bildiyi Vətəni üçün fəda edib. Onun apardığı iş uğurla davam etdirilir.

Yoldaşım barədə bir yazının müəllifi  “bilirsiniz, sizin əriniz əsl artilleriyaçı idi”-deyə mənə söyləmişdi. Rafael Goranboyun müdafiəsi, Ağdam istiqamətində döyüşlərdə aktiv iştirak etmişdi.

Ümumiyyətlə isə o, Qazax, Tovuz, Ağstafa, Gədəbəy bölgələrində vacib vəzifələrə sahib idi. O, strateji əməliyyatlar hazırlayırdı. Əsgərlərinə həmişə “oğlum” deyə müraciət edirdi. O hamıya öz oğlu kimi baxırdı”.

 

Valentina Əsədova həyat yoldaşı ilə bağlı xatirələrinə davam edib:

“Onun bütün şəxsi əşyalarını, hərbi formasını, xəritələrini adını daşıyan orta məktəbə hədiyyə etmişdim. Rafael 2 ali hərbi məktəb bitirib. Çox istedadlı artilleriyaçı, peşəkar zabiti idi. "General Şıxlinski mükafatı"na layiq görülmüşdü.

2016-cı ildə Rafaelin və daha bir hərbçinin Gəncədə xatirə günü keçirilirdi. Həmin mərasimdə Rafaelə açıq məktub oxunurdu. O an belə nüfuzlu həyat yoldaşımın olması üçün fəxr idi. Yadıma düşdükcə, tüklərim biz-biz olur. Rafael həmişə bizimlədir. Hər gün axşam ukraynalı ekspert Yuri Podolyakın hərbi icmalına baxırıq. Mən, böyük qızım, 3 nəvəm (2 qız, 1 oğlan) axşam işdən sonra birlikdə yığışaraq Azərbaycan Ordusunun qələbə xəbərlərini izləyirik.  Onun nəvələri də artıq böyüyüb və babaları ilə fəxr edirlər. Rafaelin müqəddəs işi uğurla davam edir. Bu bizi çox sevindirir.

Xüsusən, “Smerç” və s. müasir artrilleriya sistemlərini görəndə ürəyimdə Rafaelə müraciət edərək deyirəm ki, “Şükür Tanrıya, Rafael, sənin işin uğurla davam edir”.

 

Sonda Valentina Əsədova Azərbaycana, azad olunmuş torpaqlara gəlmək arzusunu ifadə edib:

“Bu il Rafaeli anmaq üçün Azərbaycana getmək istəyirdik. Koronavirusa görə gedə bilmədik. Amma çox istədim ki, gələn il Azərbaycana gedim, Rafaelin də zamanında canından keçdiyi azad olunmuş Qarabağ torpaqlarında olum. Tanrım mənə həmin günü nəsib etsin. Mütləq nəvələrimlə Qarabağa gedəcəyəm!”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?