Arxiv
28 Oktyabr 2020, 09:36 | MEDİA
Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir”

“Artıq bir aydır ki, şərəfsiz, terrorçuluqda tayı-bərabəri olmayan ermənilərin Azərbayacana qarşı etdiyi namərdcəsinə hücumu, qüdrətli Azərbaycan Ordusunun apardığı ədalətli müharibə uğurlarını mən də sıravi bir vətəndaş kimi səbirsizliklə izləyirəm. Ay ərzində işğal altında inləyən tarixi torpaqlarımızın azad olunması istiqamətində bütün döyüş əməliyyatları, qazanılan qələbələr ürəyimizdəndir, daha doğrusu, ürəyimizdən tikan çıxarır”.

 
Bu sözləri Modern.az-a tanınmış jurnalist Aytəkin Alxaslı deyib:


“Bir ay ərzində 4 şəhərin, 150-dən artıq kəndin erməni işğalından azad olunması  Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuzun şanlı, zəfər salnaməsindən xəbər verir”.

 
A.Alxaslı qeyd edib ki, sentyabrın 27-dən bu günə kimi Prezident İlham Əliyevin xalq ilə birbaşa ünsiyyətinin, dövlət-xalq-Ordu birliyinin canlı şahidi oluruq.

“Ali Baş Komandanımızın xalqa birbaşa müraciətləri, çıxış və tvit-ləri məndə qürur hissi yaratdı.


Ölkə başçımızın oktyabrın 26-da xalqa müraciətini də çox maraq və diqqət ilə izlədim. Qubadlı şəhərinin və bir neçə yaşayış məntəqəsinin düşməndən azad olunması sevincini xalqla bölüşən Prezidentimiz son bir ay ərzində xarici jurnalistlərə verdiyi müsahibələrdən və ona ünvanlanan qərəzli, təxribatyönlü suallardan da danışdı. “Sual vermir, bizi ittiham edir. Elə bil prokurordur”  - deyən Prezidentimizi dinləyərkən mənim də könlümdən İlham Əliyevdən müsahibə almaq keçdi.

Amma arxa cəbhədə apardığımız informasiya müharibəsində Ali Baş Komandanın xarici mətbuata müsahibələri indiki zaman üçün daha gərəklidir. Çünki Prezident bu müsahibələrdə Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini dünyaya çatdırır...

Qarabağda tam qələbəmiz təmin olunanda Ali Baş Komandanımızın yerli jurnalistlərə də müsahibə verəcəyinə inanıram. Qismət olsa, mən də həmin vaxt cənab Prezidentə bir sual vermək istəyərəm. İnşallah, o günü səbrsizliklə gözləyirəm”.

 

Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59 Bu bağ evi cəmi 3 saata quraşdırıldı 29 Noyabr 2020, 10:48 Bu gün “Səbail” “Qarabağ”la üz-üzə gələcək 29 Noyabr 2020, 10:45 Xırdalanda avtomobil külə döndü 29 Noyabr 2020, 10:35 Tramp Ağ Evdən kitab yazmağı düşünür 29 Noyabr 2020, 10:29 Kəlbəcərin kəndlərindən yeni VİDEO 29 Noyabr 2020, 10:19 Azərbaycanda koronavirusla bağlı həyəcan təbili: qapanma yoxsa...? 29 Noyabr 2020, 10:16 Polşada azərbaycanlının ölümü araşdırılır 29 Noyabr 2020, 10:12 Ermənipərəst “Regnum” Yaqub Mahmudovun fikrini təhrif etdi - FOTOFAKT 29 Noyabr 2020, 10:02 “Ermənistanın Ağdamdakı dağıntıları nüvə silahından da pisdir” - FOTOLAR 29 Noyabr 2020, 09:58
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?