Arxiv
28 Oktyabr 2020, 18:10 | DİASPOR
Dövlət Komitəsindən Azərbaycan diasporuna və dost xalqlara MÜRACİƏT

Təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutub.

 

Dünya dövlətlərinin susqunluğundan daha da azğınlaşan düşmən cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə və digər yaşayış məntəqələrini də artilleriya atəşinə tutur. Beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş raketlərlə mülki insanların hədəfə alınması nəticəsində, azyaşlı uşaqlarda daxil olmaqla, 69 nəfər vəfat edib, 305 nəfər yaralanıb, 2247 fərdi yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb, 402 mülki obyekt dağıdılıb. 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən düşmən təxribatlarına layiqli cavab verilməkdədir. Müzəffər ordumuz tərəfindən 30 ilə yaxındır işğal altında olan torpaqlarımız azad edilir, şəhər və kəndlərimizdə üçrəngli bayrağımız dalğalanır.

 

Düşmənin təxribatlarından hiddətlənən soydaşlarımız, həm də şanlı ordumuzun zəfərləri ilə qürur və fərəh hissi yaşayırlar. Təqdirəlayiq haldır ki, bu gün uşaqdan böyüyə hər bir soydaşımız, sülhsevər hər bir insan  ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirir.

Hörmətli diaspor nümayəndələri, acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövlətinin, nəinki Azərbaycan ərazisində, eyni zamanda xarici ölkələrdə də həmvətənlərimizə, habelə Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor nümayəndələrinə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirməsi istisna edilmir. Uzun illərin təcrübəsi belə deməyə əsas verir ki, zaman-zaman dünyanın müxtəlif ölkələrində qanlı aksiyalar törədən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə, erməni diasporunun daha çox məskunlaşdığı ABŞ və Ermənistanın havadarı qismində çıxış edən Fransa kimi dövlətlərdə yaşayan soydaşlarımızı, eləcə də dost xalqların diaspor nümayəndələrini təxribatlara hazır olmağa və ehtiyatlı davranmağa səsləyirik.

 

 Qeyd edilənləri nəzərə alaraq, Sizləri ayıq-sayıq olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə yaşadığınız ölkənin hüquq mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, xaricdəki Azərbaycan evlərinə və Azərbaycanlıların Koordinasiya Şuralarına müraciət etməyinizi tövsiyə edirik.

Erməni təxribatları barədə məlumatları, eləcə də bunları əks etdirən foto və video faktları Diasporla İş üzrə Dövlət Komitəsinin 7/24 saat fəaliyyət göstərən “Qaynar xətt”i ilə çatdıra və rəsmi email ünvanına göndərə bilərsiniz:

 

Qaynar xətt və WhatsApp: +994 50 607 98 36

Email:  [email protected] diaspor.gov.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil Nazirliyi tələbələrə müraciət edib 3 Dekabr 2020, 18:07 Laçına komendant təyin olundu 3 Dekabr 2020, 17:50 Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu keçdi 3 Dekabr 2020, 16:32 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Sumqayıtda polis sərnişinlər və sürücüləri cərimələdi 3 Dekabr 2020, 15:38 Sabiq nazir müavininin həbs müddəti artırıldı 3 Dekabr 2020, 15:32 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?