Modern.az

Paşinyan Putinə məktub yazıb təcili yardım İSTƏDİ

Paşinyan Putinə məktub yazıb təcili yardım İSTƏDİ

Dünya

31 Oktyabr 2020, 10:39

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan məktubda Rusiyadan 1997-ci ildə iki ölkə arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə əsaslanaraq yardım istəyib.

 

Paşinyan Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün Rusiya tərəfinin göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə başlamağı Putindən xahiş edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda Paşinyan Rusiya liderinə dəfələrlə zəng edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü