Modern.az

Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u

Xalq yazıçısı Elçinin “Əsgərə məktub”u

5 Noyabr 2020, 15:09

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.

Modern.az saytı “Əsgərə məktub” rubrikasında ikinci məktubu təqdim edir. Bu dəfə Xalq yazıçısı Elçin “Əsgərə məktub” yazıb:


“Ey əsgər, mənim əziz dostum. Sən bugün yalnız özünü yox, bütün Azərbaycanı təsdiq edirsən. Azərbaycanın bugünü ilə bərabər onun tarixini, gələcəyini təsdiq edirsən. Sən qəhrəmansan, igidsən! Sən düşməni torpağımızdan qovursan. Bu qəhrəmanlıqla bütün Azərbaycana şərəf gətirirsən. Tarix qarşısında Azərbaycanı üzü ağ, alnıaçıq edirsən.

Mənim əziz əsgərim, sən bu müqəddəs yolda şəhid də olursan və bu şəhidlik əbədi bir qəhrəmanlıqdı. Gələcək nəsillər bu torpaqda sənin nəfəsinlə nəfəs alıb, sənin qeyrətinlə çalışıb, sənin igidliyinlə vətənin keşiyində dayanacaq, vətəni qoruyacaq.

Əziz əsgər, sənin əməllərin də sənin gəncliyin kimi tər-təmizdir. Əlbəttə, Azərbaycanda sənin əzəmətli heykəlin ucaldılacaq.

Ancaq mən elə indidən sənin qarşında baş əyirəm”.

Fidan İlqarqızı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub