Arxiv
10 Noyabr 2020, 15:50 | REPORTAJ
Bizim əsgər - Generalın ölümündən sarsılan jurnalist - Qardaşı İlham Tumasın cəbhə yolundan DANIŞIR

Modern.az saytında “Bizim Əsgər” rubrikası davam edir. Budəfəki qonağımız Elşən Ağayev cəbhədəki qardaşından danışacaq. Söhbət zabit kimi Vətən savaşında iştirak edən tanınmış jurnalist İlham Tumasdan gedir. Yeri gəlmişkən, İlham Tumas Birinci Qarabağ müharibəsinin də iştirakçısı olub.
 

- Elşən bəy, sizin qardaşınız-bizim həmkarımız İlham Tumasın cəbhəyə gedişi barədə ilk xəbəri necə aldınız?


- Leyla xanım təşəkkür edirəm ki ,əsgərlərimizin şücaəti və tanıdılması ilə bağlı belə bir rubrika açmısınız. Atam zəng edib dedi ki, İlhamı səfərbərliklə əlaqədar müvafiq qurumdan çağırdılar. İlham atamgilin yaşadığı ünvanda qeydiyyatda olduğu üçün bu barədə bildiriş ora gəlmişdi.


- Hazırda vəziyyəti necədir?

- Sözün düzü 10 gündən çoxdur ki, özüylə şəxsən əlaqə saxlamaq mümkün olmayıb. İmkan olanda döyüş yoldaşları vasitəsilə bizə xəbər göndərir. Şükürlər olsun ki, son aldığımız xəbərdə yaxşı idi. Allah bütün əsgərlərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Yaralanmış döyüşçülərimizə də şəfa diləyirəm.


- İlham Tuması biz jurnalist kimi tanıyırıq və qələminə çox böyük hörmətimiz var. Sizdən hərbi vəzifəsi haqqında məlumat almaq istərdik.


- İlham da, mən də, əslən Cəbrayılın Qazanzəmi kəndindənik. Şükürlər olsun ki, kəndimiz məhz İlham kimi qeyrətli oğullarımızın rəşadəti sayəsində işğaldan azad olundu. Hər ikimiz ehtiyatda olan zabitik. Ayrı–ayrı vaxtlarda Dağlıq Qarabağda döyüş bölgələrində yerləşən eyni hərbi hissədə xidmət keçmişik. Hər ikimiz baş leytnantıq.


- Əslən Cəbrayıldan olduğunuzu söylədiniz. İlham Tumasın Cəbrayıl sevgisi və həsrəti barədə danışa bilərsiniz?

- İlham yazar kimi fəaliyyətə başlayanda Tumas təxəllüsünü seçdi. Ata yurdumuz Cəbrayılda “Tumas Ata” dağı vardı və bu dağ bizim evimizə çox yaxın idi. İlham da, mən də uşaq vaxtı bu dağa gedərdik və orada çox böyük xatirələrimiz var. Tumas dağını İlham dağ boyda ürəyində və təxəllüsündə daşıyırdı. Bu da onun aşırı dərəcədə vətənpərvərliyindən irəli gəlirdi. Çox şükür ki, 27 illik ayrılığımıza son qoyuldu.



- Bəs İlham bəyin birinci Qarabağ müharibəsində iştirakı haqda nə xatırlayırsınız?


- 1992-ci ildə İlham Bakı Dövlət Universititetinin 2-ci kursunda təhsil alırdı. Xocalı faciəsindən sonra bir çox tələbə könüllü olaraq Milli Orduya yazıldı, həmçinin də İlham. İlham həmin il bir neçə aktiv döyüş əməliyyatlarında da iştirak etdi. Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşmuşdu.


- O zaman döyüşlərdə hər hansı bir xəsarət alımışdı?


- Ayağından  yaralanmışdı. Sağaldıqdan sonra Universitetə qayıdıb təhsilini davam etdirdi.


- Bizdə məlumat var ki, İlham Şəhid General Polad Həşimovla birgə hərbi xidmət keçib və onun ölümü qardaşınıza çox pis təsir edib. Hətta bundan təsirlənib generalın xatirəsinə “Poladın 7 anı” filmini çəkib...


- Bəli. İlham rəhmətlik general-mayor Polad Həşimovla eyni bölükdə zabit kimi xidmət etmişdi. İlham mənə Poladdan o qədər danışmışdı ki, mən də onu sanki İlham qədər tanıyırdım. İmkan olanda İlham Polad bəylə görüşüb müzakirələr aparardı. Polad Həşimov şəhid olanda İlhama zəng vurdum, dedi ki, o da xəbəri eşidib, amma inanmır. Onda “Polad heç vaxt ölə bilməz” söyləmişdi. Generalın ölümü onu çox sarsıtdı. “Poladın 7 Anı” qısametrajlı filmini çəkəndə İlhamın nə hisslər keçirdiyini bir Allah bilir. Nur içində yatsın nur üzlü generalımız.


- Artıq 2-ci Qarabağ müharibəsi yekunlaşdı və sizin qardaşınız, “Bizim əsgər” İlham Tumas evə qəhrəman kimi qayıdacaq. Ona və vətəni qoruyan əsgərlərimizə salamınızı eşitmək istərdik.


- Bu döyüşlərdə iştirak edən hər bir əsgər, gizir, zabit mənim qardaşımdır. Tam səmimi etiraf edirəm ki, heç birini İlhamdan ayırmıram. Ali Baş Komandanımızdan tutmuş vəzifəsindən asılı olmayaraq döyüşlərdə iştirak edən bütün əsgərlərimizi təbrik edirəm. Xalqımızın gözü aydın olsun deyirəm. Qarabağ Azərbaycandır!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müştərilərə qəlyan təklif edən istirahət mərkəzi aşkarlandı 17 Sentyabr 2021, 10:50 Dünyanın ən nüfuzlu biznes reytinqi ləğv edildi - Səbəblərdən biri Azərbaycandır 17 Sentyabr 2021, 10:44 ADU-da “Neftçilər günü” ilə bağlı mühazirə təşkil edildi 17 Sentyabr 2021, 10:40 DYP-dən həftə sonu sərnişin daşıyanlara XƏBƏRDARLIQ 17 Sentyabr 2021, 10:36 Rusiya Azərbaycana taxta ixracını dayandırdı 17 Sentyabr 2021, 10:32 Səyyad Əlizadə ECMO aparatına qoşuldu 17 Sentyabr 2021, 10:30 Pakistan Prezidenti azərbaycanlı səfirin etimadnaməsini qəbul etdi - FOTO 17 Sentyabr 2021, 10:25 Polis Akademiyasına bu il qəbul olunanların sayı AÇIQLANDI 17 Sentyabr 2021, 10:19 Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO 17 Sentyabr 2021, 10:13 Paşinyan Rəisi ilə Gorus-Qafan yolunu MÜZAKİRƏ ETDİ 17 Sentyabr 2021, 10:12 Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi - FOTO 17 Sentyabr 2021, 10:06 Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis TƏYİN ETDİ 17 Sentyabr 2021, 10:05 KTMT-da sədrlik Ermənistana nə verəcək? 17 Sentyabr 2021, 10:03 Hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoyulub - DSX 17 Sentyabr 2021, 10:00 Füzulidə narkotik satanlar saxlanılıb 17 Sentyabr 2021, 09:55 Naftalanda reydlər davam etdirilir - FOTOLAR 17 Sentyabr 2021, 09:50 Ərdoğandan yeni TƏYİNAT 17 Sentyabr 2021, 09:44 Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb 17 Sentyabr 2021, 09:38 Kapital Bank illik 8%-dən başlayan sərfəli ipoteka krediti təklif edir 17 Sentyabr 2021, 09:32 “Azərişıq”ın əməkdaşını cərəyan vurub öldürdü 17 Sentyabr 2021, 09:26 Neft yenidən ucuzlaşdı 17 Sentyabr 2021, 09:21 Bakının əsas küçə və prospektlərində tıxac var - SİYAHI 17 Sentyabr 2021, 09:16 Avropa və Konfrans liqalarında ilk oyunlar - Bütün NƏTİCƏLƏR 17 Sentyabr 2021, 09:10 MTN generalının cinayət işi icraata verildi 17 Sentyabr 2021, 09:06 Xarici valyutaların manata qarşı məzənnəsi 17 Sentyabr 2021, 09:00 Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır? - İDDİA 17 Sentyabr 2021, 08:53 Bakıda bu mənzillər ucuzlaşır 17 Sentyabr 2021, 08:45 UEFA reytinqində Azərbaycanın mövqeyi 17 Sentyabr 2021, 08:38 Avropa Birliyi öz ordusunu yaratmaq istəyir 17 Sentyabr 2021, 08:32 Daha bir ölkə sərhədlərini açdı 17 Sentyabr 2021, 08:25 Rusiyadan Əfqanıstanla bağlı ABŞ-a tələb 17 Sentyabr 2021, 08:10 İnsan zəkasını və məntiqini artıran QİDALAR 17 Sentyabr 2021, 08:01 Bu günün hava proqnozu 17 Sentyabr 2021, 07:54 Yaponiyada vulkan püskürdü 17 Sentyabr 2021, 07:53 Üç ölkə arasında müdafiə müqaviləsi imzalandı   17 Sentyabr 2021, 07:48
SORĞU Hansı vaksinə etibar edirsiniz?