Modern.az

Tomas De Vaal: “Bu ermənilər üçün çox ağır məğlubiyyətdir”

Tomas De Vaal: “Bu ermənilər üçün çox ağır məğlubiyyətdir”

Analitika

11 Noyabr 2020, 11:42

Britaniyalı jurnalist, Qafqaz üzrə ekspert Tomas De Vaal Qarabağla bağlı əldə olunmuş son razılaşmaları şərh edib. 

Modern.az xəbər verir ki, ekspert son razılaşmanı Ermənistan tərəfi üçün alçaldıcı adlandırıb.

 

“Bu razılaşma ermənilər üçün alçaldıcıdır. Amma tam anlaşılmayan bəzi müddəalar var. İstənilən halda, ermənilər üçün çox ağır məğlubiyyətdir”.

 

Tomas De Vaal erməni cəmiyyətində şok effekti yaradan amillərdən biri kimi Paşinyanın razılaşmadan bir neçə saat öncə cəbhədə uğurlu döyüşlərdən danışması olub.

 

“Azərbaycan tərəfinin imzalanan sazişdən xoşbəxt qalması üçün bir çox səbəblər var. Azərbaycan arzu edəcəyindən çox şey qazandı”-deyə ekspert əlavə edib.

 

De Vaalın fikrincə, Qarabağ razılaşması qəribə də olsa, Ərdoğan erasından sonra Türkiyə ilə Ermənistan arasında yaxınlaşma üçün əsas ola biləcək.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır