Arxiv
13 Noyabr 2020, 19:20 | MƏDƏNİYYƏT
Ermənilər Qarabağda 28 tarixi abidəni tamamilə dağıdıb - MONİTORİNQ

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının (qurumlarının), o cümlədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.

 

Fərmanın 7.8-ci bəndində müvəqqəti komendantlıqlara tarix və mədəniyyət obyektlərinin (abidələr və müəssisələr) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi tapşırılıb.

Mədəniyyət Nazirliyindən Modern.az-a bildirilib ki, müvafiq vəzifələrin icrası məqsədilə müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarında təmsil olunan Mədəniyyət Nazirliyinin abidələr və mədəniyyət müəssisələri üzrə ixtisaslı nümayəndələri tərəfindən işğaldan azad olunmuş rayonların ərazilərində monitorinqlərə başlanılıb.

 

Aparılan ilkin monitorinqlər zamanı 56 mədəniyyət müəssisəsi, o cümlədən 25 kitabxana, 19 mədəniyyət evi və klub müəssisəsi, 7 muzey, 5 uşaq musiqi məktəbi aşkar edilib. Bütün müəssisələr demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

İlkin monitorinqlər zamanı 49 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, o cümlədən Xocavənd rayonunun Hadrud qəsəbəsində Alban məbədinə (1170-ci il), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalasına (XII əsr), Məmmədbəyli kəndində Səkkizguşəli türbəyə (1304-1305-ci illər), Füzuli rayonunun Qarğabazar kəndində karvansaraya (XVII əsr) baxış keçirilib.

 

28 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının olduğu aşkar edilib.

İşğaldan azad edilmiş ərazilərdə monitorinqlərin aparılması davam etdirilir.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-dan Kəlbəcər AÇIQLAMASI 29 İyul 2021, 09:50 COVID-19 pasportu olmayan 1977 nəfər toya BURAXILMADI 29 İyul 2021, 09:42 Ailə başcısını itirən 195 min nəfərə pensiya və müavinət ödənilib 29 İyul 2021, 09:36 Şəhriyar Məmmədyarov yenidən Levon Aronyanla qarşılaşacaq 29 İyul 2021, 09:30 Dünyada Şuşadan danışacaqlar – Diaspor tarixində bir ilk 29 İyul 2021, 09:24 Nəticəsindən narazı olan abituriyentlərin NƏZƏRİNƏ 29 İyul 2021, 09:18 3 məzun yüksək bal topladı, 18 nəfər imtahandan qovuldu 29 İyul 2021, 09:12 “Facebook”un gündəlik auditoriyası 2,9 milyarda çatdı 29 İyul 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 29 İyul 2021, 09:00 Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - FOTO 29 İyul 2021, 08:50 Türkiyədə meşə yanğını böyük təhlükə yaratdı   29 İyul 2021, 08:46 Meksikalı jurnalistin Qarabağ təəssüratları 29 İyul 2021, 08:42 Qəbul imtahanında ən yüksək balı onlar topladı - FOTOLAR 29 İyul 2021, 08:24 Erməni terrorçuların məhkəməsi davam etdirilir 29 İyul 2021, 08:17 Leyla Abdullayeva Oxçuçay fəlakətindən YAZDI 29 İyul 2021, 08:09 Məhəmməd Abdullayev də uduzdu 29 İyul 2021, 08:05 Daha bir cüdoçumuz "Tokio-2020"ni medalsız başa vurdu 29 İyul 2021, 08:02 Ermənistan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutdu 29 İyul 2021, 07:25 İsrail polisi 11 yaşlı fələstinlini güllələdi 29 İyul 2021, 01:00 İmişlidə güclü yanğın - FOTO 29 İyul 2021, 00:56 “Qalatasaray” da mübarizəni dayandırdı - ÇL 29 İyul 2021, 00:42 Zelenski ordu rəhbərliyini dəyişdi 29 İyul 2021, 00:31 II və III qrup üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 29 İyul 2021, 00:20 Daha iki müəllimliyə namizəd ən yüksək bal topladı - FOTO 29 İyul 2021, 00:12 Bu gün iki idmançımız mübarizəyə qoşulacaq - Tokio-2020 29 İyul 2021, 00:01 Xaçmazda şadlıq sarayında bədbəxt hadisə 28 İyul 2021, 23:55 Zərdabda peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO 28 İyul 2021, 23:39 Antalyanı meşə yanğınları bürüdü - FOTOLAR   28 İyul 2021, 23:27 Samuxda toy qaydalarını pozanlar cəzalandırıldı - FOTO 28 İyul 2021, 23:23 Zod yatağında iş dayandı, işçilər və texnika ərazidən çıxarıldı - VİDEO 28 İyul 2021, 23:11 “Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək” 28 İyul 2021, 23:05 "Neftçi" Çempionlar Liqası ilə vidalaşdı 28 İyul 2021, 22:57 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 28 İyul 2021, 22:51 Ukraynada təyyarə evin üstünə düşdü - FOTO 28 İyul 2021, 22:38 Türkiyədə yoluxma sayı kəskin artdı 28 İyul 2021, 22:24