Arxiv
14 Noyabr 2020, 09:42 | MÜSAHİBƏ
Bizim Əsgər: “Vətənimizin köksündə qanayan Qarabağ yarasını sağaltdıq” -MÜSAHİBƏ

Modern.az saytında “Bizim Əsgər” rubrikası davam edir. Qonağımız Vətən müharibəsinin qazisi Həsən Ələddin oğlu Müzəffərlidir. Həsən əslən Xocalıdandır. Xocalı soyqırımının dəhşətlərini böyüklərindən eşidən Həsəndə düşmənə nifrət, Vətənə məhəbbət hissi hakim kəsilib.


- Həsən, bizə özünüz haqqında qısa məlumat verin...


- 21 yaşım var. Xocalıdan olan məcburi köçkünəm. Bakıda məskunlaşmışıq.


- Döyüşlərə könüllü olaraq qatılmışdınız?


- Bəli. Döyüşlərə könüllü olaraq yazıldım. Çox  xoşbəxtəm ki, Vətən savaşına qatıldım və torpaqlarımızın düşmən işğalından azad olunmasında mənim də payım oldu.


- Əsasən hansı bölgələrdə döyüşdünüz?


- Suqovşandan arxa tərəfdə, Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etdim. Sentyabrın 27-dən başlayaraq,  hardasa 25 gün döyüşlərdə iştirak etdim. Çox sevinirəm ki, biz Suqovşanı və Talış kəndini işğaldan azad etdik. Uzun illər öncə məhz bu torpaqlarda qanları tökülən oğullarımızın qisası qiyamətə qalmadı. Sonra yaralandım və müalicə üçün Bakıya gətirildim.


- Yaralarınız qəlpə yaralarına bənzəyir. Yeriməkdə də çətinlik çəkirsiniz. Yaralarınız sizi çoxmu incidir?


- Bəli kürəyimdən və ayağımdan qəlpə yaraları aldım. Ağrılarım olur. Mən xoşbəxtəm ki, bu gün biz döyüşçülər bədənimizdə aldığımız yaralarla Vətənimizin uzun illərdir köksündə qanayan Qarabağ yarasını sağaltdıq.


- Bəs 10 noyabr Qələbə xəbərini alanda hansı hissləri keçirdiniz?


- Sevincdən aldığım yaraları da unutdum. Özümü hamıdan sağlam və xoşbəxt hiss etdim. Bu elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil.


- Döyüş yoldaşlarınıza və bu gün Vətənimizin keşiyində duran əsgərlərimizə Salamını eşitmək istərdik.


- Ali Baş Komandanımız başda olmaq şərti ilə bütün əsgərlərimizi salamlayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Ali Baş Komandan İlham Əliyevə demək istərdim ki, Siz hər zaman çıxışınızda bizə inandığınızı və bizdən güc aldığınızı söylədiniz. Biz əsgərləriniz də Sizə və Sizin apardığınız müdrik siyasətə inanıb döyüşdük. Əmin idik ki, haqq səsimizi siyasi tiribunada eşitdirəcəksiniz.Siz bizə həmişə ədalətli olmağı öyrətdiniz. Döyüş meydanındakı düşmənlərimizdən qisas almağı, sivil insanlara qarşı isə mərhəməti öyrətdiniz. O mərhəmət ki, 1992-ci ildə mənim Xocalımda günahsız insanların qanını axıdan düşməndə heç zaman olmayıb və ola da bilməz. Mənim əziz Ali Baş Komandanım, biz əsgərlər Sizin düşmənə göstərdiyiniz dəmir yumruğunuzda birləşdik ki, ona zəfərin nə olduğunu göstrək.

Bu gün düşməndən azad etdiyimiz torpaqlarımızda soyuq səngərlərdə olan əsgərlərimizə demək istərdim ki,  sizin silah tutan əlləriniz bütün xalqımızın birliyinə doğru uzanan milyonlarla əllərdən güc alır. Sağlamlığımı bərpa edib Sizin yanınıza qayıtmaq və orada keçirdiyimiz həyəcan və sevincləri yenidən sizlərlə birlikdə yaşamaq istərdim.

Birlikdə döyüşdüyüm əsgərlərə demək istərdim ki, sizi heç zaman unutmayacağam. Siz mənim həyatıma 25 gün apardığım Vətən müharibəsində əbədi dostlarım kimi həkk olundunuz. Təbii ki, müharibədə siz mənim, mən də sizin kimi qeyrətli dostlar qazandıq. Ən böyük qazancımız isə geri aldığımız Vətən torpağımız oldu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Direktorların işə qəbul imtahanları başlayır 6 mart 2021, 09:13 Dünya Bankı Azərbaycana dəstək göstərəcək 6 mart 2021, 09:08 Prezidentin göstərişilə diplomatik korpus nümayəndələri Qarabağa getdilər 6 mart 2021, 09:00 Alimlər Yer kürəsi yaxınlığında nəhəng planet aşkarladılar 6 mart 2021, 08:56 ABŞ prezidenti Ərdoğana zəng edəcək 6 mart 2021, 08:51 Bayden İrana qarşı sanksiyaları daha 1 il uzatdı 6 mart 2021, 08:46 Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43