Modern.az

“Qarabağ”ın rəqibində koronavirus şoku

“Qarabağ”ın rəqibində koronavirus şoku

Aktual

24 Noyabr 2020, 21:11

Türkiyənin "Sivasspor" klubunun daha 2 futbolçusunda və komandanın məşqçisində koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında açıqlama verilib.

 

Virus aşkarlanan şəxslərin adları açıqlanmayıb və onlar dərhal karantinə alınıblar. Həmçinin daha əvvəl analiz nəticəsi müsbət çıxmış oyunçulardan birinin sağaldığı bildirilib. Hazırda komandada koronavirus xəstəsi olan 7 futbolçu var.

 

Qeyd edək ki, "Sivasspor" UEFA Avropa Liqasının I qrupunun IV turunda "Qarabağ"la qarşılaşacaq. Matç noyabrın 26-da Türkiyədə baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!