Modern.az

Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı

Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı

28 Noyabr 2020, 17:05

“Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edirdi. Bunun da 150 min tonu işğal edilmiş ərazilərin payına düşürdü”.

 

Modern.az xəbər verir ki, bu fikri Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan Ermənistan mediasına açıqlamasında qeyd edib. Onun sözlərinə görə, qondarma "Dağlıq Qarabağ Respublikası" həm özünü, həm də Ermənistanı taxılla təmin edirmiş:

“44 günlük müharibədən sonra vəziyyət dəyişib. Əkin sahələri əlimizdən çıxıb. Artıq Ermənistan hökuməti tək Ermənistanı yox, həm də Qarabağda yaşayan erməniləri taxılla təmin etməlidir. Həm də defisiti xaricdən idxalla doldurmaq lazım gələcək. Çünki bizdə ərzaq təhlükəsizliyi strategiyaları yoxdur”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır