Arxiv
30 Noyabr 2020, 19:07 | AKTUAL
Bayrağı uca

Sizlərə şəhid Samiq Misir oğlu Fərzalıyevdən söz açmaq istəyirəm.

 

Samiq 1992-ci il iyul ayının 8-də Tovuzun Çesməli elinin Güvəndik kəndində doğulub. Orta təhsilini 1998-2008-ci illərdə Güvəndik və Papaqçılar kənd məktəblərində alıb. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub. 2012-ci ildə həmin məktəbi bitirib. 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Sərhəd Qoşunlarında keçib. 2014-cü ildə hərbi xidməti başa catdiran Samiq, 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edərək, ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Ali Hərbi Məktəbə kursa göndərilib və leytenant hərbi rütbəsi alaraq, “N” saylı hərbi hissədə xidmətə başlayıb. Nümunəvi xidmətlərinə görə 31 dekabr 2017-ci ildə hərbi hissə komandiri tərəfindən “Fəxri fərman”la təltif olunub. 2019-cu ildə döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən ödülləndirilib. 2020-ci ilin iyul ayında baş leytenant hərbi rütbəsi alan Samiq, 27 sentyabrda Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda  döyüşlərə qatılıb.

 

 

07 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan iki əsgərimizin nəşini təhlükəli bölgədən çıxararkən, baş leytenant Samiq Fərzalıyev özü də düşmən snayperi tərəfindən vurulub… Zabit şərəfini, müharibədə qızıl ləyaqəti uca tutan Samiq, əsgərlərinin nəşini çıxarmağa getməyə bilməzdi, buna onu vicdanı, Azərbaycan hərbçisi adının məsuliyyəti vadar edirdi; demək ki, o, ölümün gözünə dik baxa-baxa, ölümün özünü öldürməyə addımlayıb və şəhadət şərbətini şüurlu şəkildə içib…

 

Şəhidimiz doğulub-böyüdüyü dogma kənddə torpağa tapşırılıb. Ancaq Şəhid Zabit üçün yalnız doğulduğu torpaq deyil, hətta Şəhid olduğu məntəqə də deyil, bütün Azərbaycan torpağı doğmadır, əzizdir. Çünki o, Vətənin hər qarış torpağını candan əziz tutduğu üçün, bütün azərbaycanlılar üçün doğmadır, əzizdir.

 

Şəhid zabitimizin qohumu Malik Nəsirov deyir, Samiq hələ uşaq yaşlarından öz vətənpərvərliyi ilə seçilib. Məktəb tədbirlərində Vətən mövzulu şeirlər oxuyanda hərbi formaya uyğun geyimlər geyib çıxış edərmiş. – “Ən boyuk arzusu böyüyəndə hərbçi olmaq idi. Ordu sıralarına bir zabit kimi qosulandan sonra Qarabağ torpaqlarımızı düşməndən azad etmək və Azərbaycanın şanlı bayrağını Şuşada qaldırmaq həyatının ən böyük arzusuydu. Hərbçi olmaq, Qarabağın azadlığı uğrunda döyüşmək arzusu çin olsa da, Şuşanın azad olunmasını görmək Samiqə qismət olmadı. Ancaq onun zabit yoldaşları, aslanparçası əsgərlərimiz Samiqin, digər şəhidlərimizin arzusunu həyata keçirməklə, onların ruhunu şad etdi! Tanrı şəhidlərimizə  rəhmət, qazilərimizə şəfa, ordumuza güc qüvvət versin”!

 

 

Şəhid zabitimizin qohumunun ürək sözlərini bölüşür, müzəffər ordumuza, qarşısında duran bütün məqsəd-vəzifələrdə böyük uğurlar diləyirəm!

 

Bayrağımız uca olsun! Neçə ki, ölümün gözünə dik baxan oğular var, müqəddəs bayrağımız həmişə uca olacaq!

 

 

Qənirə Paşayeva   Milli Məclisin Mədəniyyət Komitəsinin sədri    
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məktəb avtobusu qəzaya düşdü - xəsarət alanlar var 27 Yanvar 2021, 08:31 Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verildi 27 Yanvar 2021, 08:19 “Kubok qazanmaq istəyiriksə, Messiyə ehtiyacımız var” - Kuman 27 Yanvar 2021, 01:04 Senat Trampın impiçmentini təxirə saldı 27 Yanvar 2021, 00:50 Ceyhun Bayramov Fransanın dövlət katibi ilə üçtərəfli bəyanatı müzakirə etdi 27 Yanvar 2021, 00:34 Bayden NATO baş katibi ilə danışdı: "ABŞ kollektiv müdafiəyə sadiqdir" 27 Yanvar 2021, 00:26 FİFA DÇ-2026-nın şəhərlərini müəyyənləşdirəcək 27 Yanvar 2021, 00:10 "Çelsi"yə yeni baş məşqçi təyin olundu 26 Yanvar 2021, 23:58 Türkiyədə daha 134 nəfər virusdan öldü 26 Yanvar 2021, 23:49 Baş nazirin müavini koronavirusa yoluxdu 26 Yanvar 2021, 23:35 Keçmiş baş nazir qanunsuz varlanmaqda ittiham olunur 26 Yanvar 2021, 23:21 Dünyanın ən bahalı brendi açıqlandı 26 Yanvar 2021, 23:09 Rəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA 26 Yanvar 2021, 22:53 Putin Baydenlə müzakirələr apardı 26 Yanvar 2021, 22:47 “Qarabağda nəqliyyat layihələri üçün əlverişli şərait yaranıb” - Zərif   26 Yanvar 2021, 22:34 Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 26 Yanvar 2021, 22:20 Paytaxtın bu ərazisində avtobusların gecikmə səbəbi məlum oldu 26 Yanvar 2021, 22:12 Paşinyanın diplomatik pasportu oğurlanıb 26 Yanvar 2021, 22:07 Ermənistan nümayəndə heyətinin AŞPA-kı təklifləri rədd edildi 26 Yanvar 2021, 21:58 ABŞ-ın yeni dövlət katibi məlum oldu 26 Yanvar 2021, 21:46 İran Rusiya ilə birgə peyvənd istehsal edəcək 26 Yanvar 2021, 21:41 "Qarabağda Azərbaycan tərəfdən əcnəbi muzdluların döyüşməsinə dair dəlil yoxdur" - Heyko Maas 26 Yanvar 2021, 21:30 Türkiyədə güclü qasırğa fəsadlar törətdi 26 Yanvar 2021, 21:16 Bu ölkə “TikTok”a həmişəlik qadağa qoydu 26 Yanvar 2021, 21:09 Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO 26 Yanvar 2021, 20:58 “Ətraf mühiti qorumasaq, daha bir pandemiya ilə üzləşəcəyik” 26 Yanvar 2021, 20:43 Dövlət Vergi Xidməti işçi axtarır 26 Yanvar 2021, 20:31 Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06