Modern.az

Setyen "Barselona"nı məhkəməyə verdi

Setyen

Aktual

1 Dekabr 2020, 00:29

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen klubu məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, ispaniyalı mütəxəxəssis müqaviləsinin vaxtından əvvəl ləğvi üçün ona təzminat verilməməsindən narazıdır.

 

Setyen işdən çıxarıldıqdan sonra La Liqa təmsilçisinin öhdəliklərini yerinə yetirmədiyini və müqavilənin ləğvi üçün ona azılaşdırılmış təzminatı ödəmədiyini açıqlayıb.

 

Qeyd edək ki, Setyen avqustda "Barselona"dan ayrılıb. Onu Ronald Kuman əvəzləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü