Arxiv
5 Dekabr 2020, 23:41 | ANALİTİKA
Erməni xalqı üçün bir yolayrıcıdır: papağını qarşıya qoyub fikirləşməlidir - ŞƏRH

Ermənistan müxalifəti Paşinyana ultimatum verib.


Ona 8 dekabr, saat 12-yə qədər istefa vermək təklif olunub. Müxalifətin keçid dövrü üçün baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan deyib ki, əks halda, qəzəblənmiş kütlə Paşinyanı parça-parça edəcək.


Keçmiş baş nazir və müdafiə naziri, 74 yaşlı Manukyan erməni separatizmi və işğalçılığının başında durmuş, yəni həm öz xalqının, həm də bizim başımıza bu bəlaları açmış adamlardan biridir. Ahıl yaşına rəğmən, bir siyasətçini linç olunmaqla təhdid etməsi onun hansı səviyyəyə malik olmasından xəbər verir. Manukyanın və o zehniyyətdə olan qüvvələrin hakimiyyətə qayıdışı ilk növbədə Ermənistanın və erməni xalqının
gələcəyinin bir daha qaranlığa qərq olması deməkdir, bölgədə isə düşmənçiliyin davam etməsi anlamına gələcək.


Hazırda yaranmış vəziyyət erməni xalqı üçün bir yolayrıcıdır: onlar papaqlarını qarşılarına qoyaraq mövcud durumu soyuqqanlı şəkildə təhlil edib, həzm etməyə özlərində güc tapmalıdır. İstənilən başı işləyən erməni xəritəyə bir daha nəzər salsa, ölkəsinin inkişafının, hətta etibarlı, uzunmüddətli təhlükəsizliyinin yalnız Azərbaycan və Türkiyə ilə dostluq, əməkdaşlıq şəraitində mümkün ola biləcəyini, tarixə nəzər saldıqda isə düşmənçilik və savaşlardan da özlərinin daha çox zərər çəkdiyini anlayar. Yenə eyni əməllərə davam edib, fərqli nəticələrə ümid etmək axmaqlıq və boş xəyalpərəstlikdən başqa bir şey deyil.


Paşinyanın aqibətinə gəldikdə isə, Putin son çıxışlarında onu tərifləsə də, Moskvanın Ermənistanda siyasi dəyişiklikdə maraqlı olmadığını söyləməyə məncə, əsas yoxdur.


Çünki əvvəla, Paşinyan bu gün hətta Rusiyaya sədaqət andı içsə də, Moskva üçün ögey övladdır, ona heç vaxt güvənməyəcəklər. İkincisi, inqilabi yolla hakimiyyət dəyişikliyinin, Qərbə yönəlmək arzusu və cəhdinin hansı nəticələrə gətirib çıxarmasının Rusiya xalqı başda olmaqla, bütün postsovet xalqlarına bir daha əyan olması baxımından Paşinyan idarəçiliyinin tənəzzülü öz məntiqi sonluğuna çatmalıdır. Üçüncüsü isə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsində İrəvanda barışmaz və radikal mövqeli hökumətin iş başında olması Moskvanın maraqlarına daha uyğundur, nəinki Azərbaycan və Türkiyə ilə əməkdaşlığa meylli, güvənilməz qərbyönümlü siyasətçilərin. Moskva bu problemin qəti çözümünü istəmir və bölgədə kommunikasiyaların da yalnız onun nəzarəti altında açılıb, fəaliyyət göstərməsində maraqlıdır. Ermənistan danışıqlarda yenə Dağlıq Qarabağın müstəqilliyində israr edəcək, Azərbaycan təbii ki, bunu rədd edəcək, beləliklə, proses yenə uzanacaq. Daimi və dayanıqlı sülhün olmaması isə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qeyri-müəyyən müddətə qalmasını şərtləndirəcək, hətta Qərb də buna dəstək verməyə məcbuq olacaq...


Paşinyan vəziyyətdən necə çıxa bilər?


Aydındır ki, bu şəkildə - heç nə olmamış kimi davam etmək çox çətindir. Daxili siyasətdə hansısa yeni, qeyri-standart gedişlərə ehtiyac var. Müharibənin nəticələrinin Paşinyanın reytinqinə necə təsir göstərdiyini dəqiq bilmirik, şübhəsiz ki, onun nüfuzu aşağı düşüb. Amma müxalifətdə də yüksək reytinqə və populyarlığa malik siyasi lider, partiya yoxdur. Bu gün Paşinyan üçün ən yaxşı çıxış yolu 2-3 ay sonraya erkən seçki təyin edərək seçki prosesini öz rəhbərliyi altında gerçəkləşdirməkdir. (Müxalifət seçkilərin Manukyanın baş nazirliyi dövründə keçirilməsini istəyir.)


Əgər yeni seçkidə erməni xalqı revanşist radikallara səs verərsə, yaxın və uzaq tarixdən düzgün nəticə çıxarmadığını göstərmiş olacaq. 1998-ci ildə Azərbaycanla anlaşmağın və güzəştlərin vacibliyindən danışan Ter-Petrosyan “müharibə partiyası” tərəfindən istefaya məcbur edildi, xalq da ona sahib çıxmadı. Nəticə ortadadır...


Şahin Cəfərli,
siyasi şərhçi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24 Azərbaycanla Türkmənistan daha da yaxınlaşdılar - Təhlil 21 Yanvar 2021, 19:19 Bakı metrosunun nə zaman fəaliyyətə başlayacağı məlum oldu 21 Yanvar 2021, 19:10 Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00