Arxiv
23 Dekabr 2020, 13:03 | ƏDƏBİYYAT
Əsl dostun kədərli MONOLOQU

Akif Cabbarlı


Sazaqlı-çovğunlu günlərin birində N kəndinin ən “bərkgedən”, nüfuzlu sakinlərindən olan Niyaz kişi rəhmətə gedir. Bu hadisə ötən əsrin axırlarına təsadüf edir. Xatırlayırsınızsa, o vaxtlar yas məclislərini urvatlı keçirmək üçün nə qədər cöngə, erkək kəsilirdi. Üç gün dalbadal mərasim, sonra “yeddi”, daha sonra cümə axşamları və “qırx”. Təbii ki, Niyazın da hüzrü çox təntənəli keçirilirdi. Ətraf kəndlərdən, qonşu rayonlardan gələn qonaqlar da mərhumun adına-sanına layiq düzənlənən məclisdən razılıqla, nuşcanlıqla ayrılmalıydılar, axı. Belə də olur.


Ucu-bucağı görünməyən stolların üstünə yüz cür təam düzülübmüş. Yağlı bozbaş, dovğa, iki cür plov, cürbəcür xuruş, soyutmaq toyuq, dolma, daha nələr-nələr...


Adamlar yeməyə elə girişibləriş ki, top atılsa da, xəbər tutmazlarmış. Yemək-içməyin şirin yerində kəndin dəlisi-dolusu sayılan Qabil qəflətən ayağa qalxıb əlindəki qaşığı boşqaba nə cür çırpırsa, hamı diksinir, sonra da təəccüblə Qabilə baxırlar. Dostumuz iri, qara əli ilə yağa bulaşmış uzun bığını sığallayıb əsl Koroğlu nərəsi çəkir:


-Ay kişilər, ay camaat, nə olub, təzə gəlin ərinə sırmanan kimi nə cummusunuz yağlı plova? Elə bil ömründə aş-zad yeməmisiniz. Amma mənim boğazımdan heç nə keçmir axı... Qurban olum Allaha, onun peyğəmbərlərinə də quzu kəsim. Nə olmuşdu, Əzrayılı nə tez göndərdi qurbanolduğum. Axı, Niyazın gedən vaxtı deyildi. İndi bax, mənim əziz dostum, kəndimizin igid oğlu, fəxri, qüruru burada, yanımızda olsaydı, o da bu yağlı bozbaşdan, plovdan, dolmadan nuş edərdi də özü üçün. Onsuz heç nə keçmir boğazımdan, neujeli başa düşmürsünüz?!


Qabilin çıxışı məclisə elə bir izaholunmaz ahəng qatıb ki, sözlə ifadə etmək olduqca çətindir. Bəziləri hətta darvazaya tərəf baxıb ki, birdən Niyaz şəxsən gəlib çıxar, xəbərləri olmaz.


***

DƏMƏ QOULMUŞ HEKAYƏLƏR

 

Dostlarımızdan birini çox populyar qəzetlərdən birinə baş redaktor qoymuşdular. Günlərin birində yanına getdim ki, həm təbrik edim, həm də təzə yazdığım hekayəni verim ki, növbəti nömrələrin birində dərc olunsun.


Elə təzəcə söhbətə başlamışdıq ki, qapı açıldı, içəri yekəpər, dazbaş bir kişi girdi. Birbaşa dostumun üstünə şığıyıb o üzündən-bu üzündən marçıltı ilə öpüb sonra iri şapalağını mənə uzatdı. Qorxa-qorxa əlimi uzatdım, amma heç əmin deyildim ki, barmaqlarımdan heç olmasa biri qırılmayacaq.


Dostum görünür onu əvvəlcədən tanıyırmış, ona görə də heç layiq bilib oturmağını da istəmədi. Bu adam isə özünü təklifsiz-zadsız kresloya pərçimlədi. Uzun-uzadı qurdalandıqdan sonra qoltuq cibindən bir bükülü çıxardı:


-Bax, bir toyuq budu, iki dənə də yumurta. Rayondan sənə pay gətirmişəm. Bilirsən də, bizdən Bakıya beş-altı saatlıq yoldur. Dedim iylənər, sənin yanında biabır olaram. İndi katibə bişirər, nahar vaxtı nuş edərsən özün üçün. İnşallah, səni kəndə dəvət edəcəyəm, onda kabab da yeyərik özümüz üçün. Bu yanındakı kimdir, bilmirəm, hər kimdir, onu da götürərsən Allaha xatir.


Kişinin son sözləri dərhal xətrimə dəydi və ürəyimdə dedim ki, gəlsəm, köpəyoğluyam.


Kişi o biri cibindən göy rəngli bir dəftər çıxarıb dostumun qarşısına tolazladı:


-Burada üç-dörd hekayə var, istəsən tək-tək ver, istəsən də hamısını bir dəfəyə. Əla materialları var – kənd, çay, ferma, təndir, meşə, ağappaq gözəllər, canım sənə desin...


Dostum daha dözmədi, ayağa qalxıb mənə oğurluq bir göz vurub hiddətlə səsləndi:


-Xahiş edirəm, kabineti tərk edin, iclasım var, lazım olsanız, özüm zəng vurub çağıraram, - dedi.


Kişi döyükə-döyükə otağı tərk elədi.


...Aylar keçdi. Dostuma zəng edib o mənasız görüş barədə soruşdum. Dedi ki, pəzəvəng tanışı bir ay sonra gəlib hekayələi soruşub. Dostum da sadəcə bircə cümlə ilə cavab verib:


-Hekayələr qazandadı, dəmə qoyulub. Nə vaxt bişib hazır olar, həmən səhifəyə qoyulacaq, arxayın ol, heç nəyin fikrini eləmə.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bahar Muradova İordaniya səfiri ilə görüşdü 21 Yanvar 2021, 19:02 Reza Deqati Azərbaycanla bağlı keçirilən vebinarda çıxış edib 21 Yanvar 2021, 18:54 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21 Yanvar 2021, 18:45 Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırıldı 21 Yanvar 2021, 18:36 Polis əməliyyat keçirdi - 14 kq narkotik dövriyyədən çıxarıldı 21 Yanvar 2021, 18:27 Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradıldı 21 Yanvar 2021, 18:19 Bu ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağa qoyuldu 21 Yanvar 2021, 18:10 İndoneziyada 7,1 bal gücündə zəlzələ olu 21 Yanvar 2021, 18:02 Ötən il Azərbaycanda oğurlanan maşınların SAYI 21 Yanvar 2021, 17:56 Pakistan ballistik raketini sınaqdan keçirdi 21 Yanvar 2021, 17:50 Şoyqu Ermənistanın müdafiə naziri ilə DANIŞDI 21 Yanvar 2021, 17:45 Rusiyalı media maqnatı: “Paşinyan adi icevanlı çobandır” 21 Yanvar 2021, 17:39 Daxili Qoşunların yaralanan hərbçisi bu gün şəhid oldu 21 Yanvar 2021, 17:35 Baydenin komandasında kimlər var? - SİYAHI 21 Yanvar 2021, 17:29 Cavad Zərifin Azərbaycana səfər tarixi və proqramı AÇIQLANDI 21 Yanvar 2021, 17:23 Bu ölkə turistlərdən koronavirus pasportu tələb etməyəcək 21 Yanvar 2021, 17:17 ADU-nun Şəhid tələbəsi haqqında kitab çap olundu 21 Yanvar 2021, 17:14 Bu günün yoluxma sayı - ölüm azaldı 21 Yanvar 2021, 17:08 Vətən müharibəsində 8 mədəniyyət işçisi şəhid olub - 10 nəfər yaralanıb 21 Yanvar 2021, 17:02 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində  21 Yanvar 2021, 17:00 O dünyadan xəbər var... 21 Yanvar 2021, 16:56 Lavrov ATƏT-in sədri ilə görüşəcək 21 Yanvar 2021, 16:54 Nazirlik hansı şagirdlərin sinifdə qalacağına aydınlıq gətirdi 21 Yanvar 2021, 16:48 Xəzər mehriban qonşuluq, əməkdaşlıq dənizidir - İlham Əliyev 21 Yanvar 2021, 16:42 Küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi 21 Yanvar 2021, 16:36 Səhiyyə komitəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlayacaq 21 Yanvar 2021, 16:30 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2021, 16:24 İki türk dövlətinin “Dostluq” anlaşması - TƏHLİL 21 Yanvar 2021, 16:18 İlham Əliyev: Bu gün biz Türkmənistanla çox mühüm addım atırıq - YENİLƏNİB 21 Yanvar 2021, 16:15 “Universitetlərdə bu qədər müəllimə ehtiyac yoxdur” - Rektordan etiraz 21 Yanvar 2021, 16:12 Füzulinin Dördçinar kəndindən VİDEO 21 Yanvar 2021, 16:06 “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir    21 Yanvar 2021, 16:00 Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb 21 Yanvar 2021, 15:55 Azərbaycanda daha 2 vaksinin sınaqları başlaya bilər 21 Yanvar 2021, 15:53 Azərbaycanda hərbi cinayətlər azalıb - Xanlar Vəliyev 21 Yanvar 2021, 15:53