Arxiv
28 Dekabr 2020, 11:29 | TƏHSİL
9-cu siniflərin buraxılış imtahanlarının qaydaları dəyişdirilir - AÇIQLAMA

"Məlumdur ki, şagirdlər ümumtəhsil məktəblərində tədris proqramları – kurikulumlar və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklər əsasında təhsil alırlar. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu proqramların tətbiqi təhsilin məzmununda dəyişikliklərə və “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçidə səbəb olub”. 

 

Modern.az  xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan müraciətində qeyd edib. 

 

DİM sədri bildirib ki, 2016-cı ildə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə şagirdlər üçün ümumi orta təhsil bazasında buraxılış imtahanlarının yeni keçirilmə qaydalarını işləyib hazırlayıb. 2017-ci ildə ilk dəfə olaraq, kurikulumların tələblərinə uyğun şəkildə IX siniflərin yekun qiymətləndirilmə (attestasiya) imtahanlarında şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə təsvir edilən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izahetmə, həmçinin həndəsi qurmalardan istifadə edərək riyazi məsələləri həlletmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması kimi riyazi vərdişlərdən istifadə və s. bacarıqları yoxlanılıb. 2017-2020-ci illərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri əsasında elmi-statistik məlumatlarla zəngin informasiya bazası toplanmışdır və bu nəticələr “Abituriyent” jurnalının 12-ci nömrəsində çap edilir və “Mənim məktəbim“ (http://mekteb.edu.az) saytında yerləşdirilir.

 

Bundan əlavə, ölkənin hər bir rayonu üzrə bütün məktəblərin nəticələri ayrıca broşüralar şəklində nəşr edilərək hər il məktəblərə paylanır: “2020-ci ildə keçirilmiş buraxılış imtahanları bir daha təsdiq edib ki, tətbiq olunan imtahan modeli kurikulumun tələblərinə və dərsliklərin məzmununa tam uyğundur. 9-cu sinif məzunları modellə artıq ümumi təhsil pilləsində təhsilalanların biliklərinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarından tanış idilər. İmtahanların məzmunu, o cümlədən qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyən edilmiş, bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib hazırlanıb. Bundan başqa, yeni imtahan modeli, imtahanda yoxlanılacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında və siniflər üzrə çap edilən “Yeni təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” toplularında nəşr edilib”. 

 

Abbaszadə qeyd edib ki, jurnalın bu sayında şagirdlərə IX sinif üzrə 2021-ci il buraxılış imtahanı fənlərinin COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunur. 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək. Yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq. Jurnalda həmçinin dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

 

Biz DİM-in “Abituriyent” jurnalı, rəsmi saytımız və sosial şəbəkədə səhifələrimiz vasitəsilə sizə çatdırdığı materiallarla yaxından tanış olmağınızı tövsiyə edirik. Sizi maraqlandıran bütün suallara cavab verməyə və təqdim olunmuş istənilən materialı şərh etməyə hazırıq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı - VİDEO 3 mart 2021, 01:00 Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO 3 mart 2021, 00:49 Papa İraqa gedir 3 mart 2021, 00:38 Bakıda küçəyə atılmış uşaq tapıldı 3 mart 2021, 00:25 Azərbaycanda ən çox bu smartfonlar işlədilir 3 mart 2021, 00:11 “Türkiyə və Fransa terrorla mübarizədə birgə addımlar ata bilər” - Ərdoğan 2 mart 2021, 23:57 İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi 2 mart 2021, 23:43 Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlandı 2 mart 2021, 23:30 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi 2 mart 2021, 23:07 “Barselona”nın keçmiş prezidenti sərbəst buraxıldı 2 mart 2021, 22:52 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 Türkiyədə gündəlik yoluxma sayı artır 2 mart 2021, 22:24 Ronaldodan dəhşətli statistika 2 mart 2021, 22:10 Ermənilər Qarabağa qayıtmaq istəmirlər - ARAŞDIRMA 2 mart 2021, 21:57 Göyçayda ata və oğul yol qəzasında xəsarət aldı - FOTO 2 mart 2021, 21:44 Bakıda yaşayış binasında yanğın 2 mart 2021, 21:30 Sumqayıtda mənzildə partlayış oldu 2 mart 2021, 21:21 Boliviyada avtobus dərəyə aşdı - çox sayda ölən var - FOTO 2 mart 2021, 21:10 Azərbaycanın peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərində tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45