Modern.az

Sülhü təmin edə bilməyən sülhməramlılar - ŞƏRH

Sülhü təmin edə bilməyən sülhməramlılar - ŞƏRH

Analitika

28 Dekabr 2020, 13:18

“Bu təxribatlar onu göstərir ki, müharibə hələ də davam edir”

Bu sözləri Modern.az-a “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Xocavənd rayonun Ağdam kəndi istiqamətində ermənilərin törətdiyi son təxribat barədə danışarkən deyib. O qeyd edib ki, bu məsələni biz türk ordusunun dəstəyi ilə özümüz həll etməliyik:

 

“Bu o deməkdir ki, müharibə hələ də davam edir. Biz bu təxribatlara cavab verməliyik. 10 noyabrda imzalanmış bəyənata əsasən silahlı erməniləri rus sülhməramlıları tərkisilah etməlidir, amma onlar bunu etməyəcək. Çünki onlar özləri bu təxribatlarla məşğuldu, hər gün saxta xəritələr yayımlayırlar.

Bu işi biz özümüz həll etməliyik. Türkiyəli hərbiçilər mütləq şəkildə bölgədə yerləşdirilməlidir”.

 

Politoloqun sözlərinə görə, ermənilərin yenidən müharibə etmək imkanları yoxdur:

“Ermənilər müharibədə öz potensiallarını itiriblər, yenidən müharibəyə başlaya bilməzlər. Amma, bu cür təxribatlar davam etdikcə, biz də antiterror əməliyyatlarına davam etdirməliyik.

Biz torpaqlarımızı düşmən tapdağından azad etdik, amma, 5-6% ərazilərdə erməni separatçıları hakim mövqedədir. Üç-dörd minlik terrorçu qrupları var ki, meşədə gizlənərək azərbaycanlı hərbiçilərə arxadan zərbə endirirlər. Deməli, məsələ bitməyib, biz bunu tam həll etməliyik”.

 

E.Şahinoğlu bildirib ki, Azərbaycan cəmiyyətində rusiyalı hərbiçilərdən böyük narazılıqlar var:

“Rus sülhməramlılarından narazılıqlar var. Bunu keçirilən rəy sorğuları da sübut edir. Biz türkiyəli hərbiçilərin bölgəyə gəlişini təmin etməliyik. Çünki görünür ki, bölgədə yaranan insdent rusiyalı hərbiçilərin maraqlarını əks etdirir. Bunun yanlış olduğunu biz sübut etməliyik. Bunun da yolu Dağlıq Qarabağı tam nəzarətə götürməkdir. Nə qədər ki, əlində silah erməni terrorçuları var, bu problem həll olmayacaq.

Dağlıq Qarabağda elə separatçılar var ki, Paşinyana tabe olmadan da bu təxribatları edə bilərlər. Paşinyana başa salmalıyıq ki, təxribatlar davam edərsə, biz Ermənistanla müharibəyə başlaya bilərik. Sadəcə Şuşa döyüşündən sonra bizdən müharibəni dayandırmağımızı xahiş etdilər, biz də onlara şərtlər təqdim etdik. Amma, görünür ki, təqdim edilən şərtlərlə razı olmayıblar. Çox təəssüf ki, Rusiya onlara himayədarlığı davam etdirir”.

 

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı