Arxiv
10 Yanvar 2021, 15:00 | REPORTAJ
Ermənistanda əsgər anaları ağlar qalıb...

Ermənistanın Eçmiəzdin şəhərindəki N saylı hərbi hissənin müqaviləli əsgərlərinin valideynləri iki aydır ki, ağlar qalıb. Modern.az-ın məlumatına görə, əsgər valideynləri hakimiyyətdən Qarabağdakı müharibəyə aparılmış oğulları barədə məlumat verməsini tələb edirlər. Onlar oğullarının sağ və ya ölü olduğunu bilmirlər.


İtkin düşən əsgərlərin valideynləri mütəmadi olaraq etiraz aksiyaları keçirir, az qala hər gün Eçmiəzdindəki hərbi hissənin qapıları önünə toplaşır, günboyu soyuqdan üşüyür, qızınmaq üçün ocaq qalayır, cavab gözləyirlər... Amma hakimiyyət rəsmilərindən onlara tutarlı cavab verən yoxdur.

Ermənistan mətbuatının yazdığına görə, itkin düşən əsgərlərin valideynləri üç qrupa bölünüb: bir axtarışlarda iştirak etmək üçün Qarabağa - Xankəndiyə gedib, digəri paytaxt Yerevanda - Müdafiə Nazirliyinin qarşısında xəbər gözləyir, üçüncü qrup Eçmiəzdindəki hərbi hissənin qarşısına toplaşır.

“81 gündür uşaqlarımızdan heç bir məlumatımız yoxdur. Müvafiq qurumlar bununla məşğul olmur, heç bir məsələni həll etmirlər. Uşaqlarımızın varlığını, onların yerini bilməliyik”,-deyə əsgər anası Hripsime Hakopyan bildirib.

 

O, itkin düşən erməni əsgərlər barədə hər hansı məlumat öyrənmək üçün hətta Azərbaycan mənbələrində yayımlanan foto və videoları araşdırmağa başladıqlarını da qeyd edib. H.Hakopyan oğlanlarından bir xəbər ala bilməyən  bəzi əsgər anaları və atalarının dəli olmaq dərəcəsinə çatdığını, bunun bəzilərinin psixikasını pozduğunu vurğulayıb.


İtkin düşənlərin valideynləri  Ermənistandan Qarabağa aparılan övladlarının hansı bölgələrdə döyüşdükləri barədə dəqiq məlumat ala bilməmələrindən narazıdırlar. Əsgər anaları bu işdə günahı olan yüksək çinli hərbçilərdən, o cümlədən general Andranik Makaryandan izahat tələb edirlər.


"Biz bilmirik ki, onlar Cəbrayılda, Zəbgilanda, Hadrutda, yoxsa Füzulidə itkin düşüb. Generalın bir cavabı yoxdur, heç nə demir. Ortada bir xəyanətin olduğu aydındır, başqa bir söz tapa bilmirəm”,-deyə itkin əsgərin ansı Manya Meloyan bildirib.


Valideynlər söyləyirlər ki, Eçmiəzdindən Qarabağa aparılan əsgərlərdən biri elə ilk gündə - 21 oktyabrda zəng edərək, mühasirəyə düşdüklərini, kömək lazım olduğunu bildirib.

“Bizə deyirlər gözləyin, nə qədər gözləməliyik, nə gözləməliyik? Bizi bütün sərhədləri keçməyə məcbur edirlər”, - əsgər anası H.Hakopyan göz yaşları içində jurnalistlərə giley-güzar edib.

O, 28 yaşında itkin düşən oğlunun 1 və 3 yaşlı iki uşaq atası olduğunu xatırladaraq, nəvələrinin gözünə baxa bilmədiyini söyləyib.

“Evə girəndə böyük nəvəm atası üçün darıxdığını söyləyərək, onu soruşur, amma mən nə deyəcəyimi bilmirəm”.


Valideynlər oğulları haqqında dəqiq bir cavab verilənə qədər etiraz aksiyalarına davam edəcəklərini deyiblər.

Arsen Qukasyan adlı digər valideyn erməni jurnalistlər və hüquqşünaslardan onlara dəstək vermələrini xahiş edib. O, jurnalistləri itkin düşən və əsir götürülən əsgərlərlə bağlı məsələləri beynəlxalq mediada işıqlandırmağa çağırıb.


Valideynlər deyiblər ki, vəkillərin köməyi ilə hər bir əsgərin ölümünü araşdırmaq və günahkarları cəzalandırmaq üçün fərdi cinayət işləri qaldırmaq istəyirlər.

Əsgər anaları Ermənistan hökumətini hələ də müharibənin rəsmi statistikasını dərc etməməyə görə günahlandırıb, vəkillərdən dəstək istəyiblər.

“10 noyabr tarixli üçtərəfli atəşkəs razılaşmasından iki ay keçdi və bu günə qədər hökumət hərbi itkilərimizi rəsmən xalqa təqdim etməyib. Qurbanlarımızın və yaralılarımızın, itkin düşənlərin sayını bilmirik, nə qədər əsir olduğumuzu bilmirik. Hökumət medianın sorğularını qulaqardına vurur, bunun dövlət sirri olduğunu bildirir”, - deyə Arsen Qukasyan etirazını ifadə edib.

O, "biz xalqa xəyanət edən, uşaqlarımızı aldadan, onları ölümə aparanlara qarşı barışmaz, ardıcıl bir mübarizəyə başlamışıqıq” deyib.


Valideynlər deyiblər ki, müharibənin bitməsindən iki ay keçib, amma az qala hər gün döyüş meydanlarından erməni əsgərlərin cəsədləri tapılıb çıxarılır. Bir çox valideyn hələ də öldüsü və ya qaldısı bilinməyən övladının evə salamat qayıdağını gözləyir.

“İki aydır hökumət, Müdafiə Nazirliyi və Baş Qərargah qapılarına toplaşaraq, oğullarımızın tapılmasını tələb edirik. Sosial mediada övladlarımızın şəkillərini paylaşaraq kiminsə xəbər verə biləcəyinə ümid edirik. Xəstəxanalarda, meyitxanalarda axtarışları davam etdiririk, hətta Qarabağdakı axtarış əməliyyatlarında iştirak edirik, əsirlikdən gələn hərbçilərlə söhbətləşirik”,- deyə erməni valideynlər bildiriblər.




İtkin düşən əsgərlərin valideynləri deyirlər ki, hər gün meyitxanalardan şəxsiyyəti məlum olmayan cəsədlər barədə xəbərdarlıq alırlar. Onların sözlərinə görə, morqdan çürümüş cəsədlərin qoxusu uzun müddətdir ətrafa yayılır. İki aydır yüzlərlə hərbçi cəsədlərinin qalıqlarının  meyitxanada olduğunu, onların tanınmaz hala düşdüyünü söyləyirlər.

Valideynlərin sözlərinə görə, tanınmaz halda olan cəsədlərin yaxınları bəlkə də hazırda onu döyüş əməliyyatları bölgəsində axtarır. Onlar cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi işinin yavaş aparılmasından narazılıq edərək, bunu DNT cihazının çatışmaması ilə əlaqələndiriblər.

Ermənistan Səhiyyə Nazirliyinin 9 yanvar tarixli rəsmi açıqlamasına görə, dünənə qədər 1197 cəsəd tapılıb. Səhiyyə Nazirliyi 8 yanvar tarixində DNT araşdırması ilə bağlı son elanı yayımlayıb: "Bu günə qədər məhkəmə-genetik test nəticəsində 468 cəsədin şəxsiyyəti müəyyənləşdirilib".


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Keçmiş nazir yeni vəzifəyə təyin olundu 22 Yanvar 2021, 17:15 Türkiyə MN hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı 22 Yanvar 2021, 17:10 Texniki Universitetdə yeni prorektor TƏYİNATI 22 Yanvar 2021, 17:05 Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO 22 Yanvar 2021, 17:00 Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir 22 Yanvar 2021, 16:55 Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO 22 Yanvar 2021, 16:50 Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib 22 Yanvar 2021, 16:45 Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı 22 Yanvar 2021, 16:40 Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi 22 Yanvar 2021, 16:35 Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR                                     22 Yanvar 2021, 16:30 Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir 22 Yanvar 2021, 16:27 Zidan koronavirusa YOLUXDU 22 Yanvar 2021, 16:22 Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22