Modern.az

Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb

Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb

Aktual

14 Yanvar 2021, 10:49

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə  regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində fərdi yaşayış evlərinin birində  gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.


Dərhal polis əməkdaşları tərəfindən şəhər sakini Aqil Muxtarovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılmış, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı,  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. A. Muxtarov barəsində  İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək 400 manat miqdarında cərimə tətbiq edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı