Arxiv
17 Yanvar 2021, 09:14 | AKTUAL
Sərbəst güləşçilərimiz Fransada 5 medal qazandı

Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan Qran-Pri turniri davam edir.

 

Modern.az xəbər verir ki, yavarın 16-da sərbəst güləşçilər mübarizə aparıblar.

 

Mübarizəyə 1/4 finaldan qoşulan güləşçimiz İslam Bazarqanov (57 kq) Rumıniya təmsilçidini ilk hissədə üstələyərək yarımfinala vəsiqə qazanıb. Pəhləvanımız Amerikalı güləşçi ilə gərgin keçən mübarizədə də güclü tərəf olaraq finala adlayıb. İ Bazarqanov finalda digər amerikalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

 

Millimizin üzvü Turan Bayramov (65 kq) ilk görüşdə yerli idmançıya heç bir şans tanımayıb. Dörddəbir finalda Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada sonuncu xal prinsipinə əsasən gənc pəhləvanımız adını yarımfinala yazdırıb. Finalın bir addımlığında amerikalı dünya ikincisinə uduzan həmyerlimiz fransalı güləşçiyə növbəti dəfə qalib gələrək turniri üçüncü pillədə başa vurub.

 

Hacımurad Hacıyev (74 kq) ilk mərhələdə İsveçrəli rəqibi üzərində inamlı qələbə qazanıb. Daha sonra H.Hacıyev Moldova güləşçisini çox qısa vaxtda xalçadan məyus yola salaraq yarımfinala yüksəlib. Amerikalı rəqibinə uduzan təmsilçimiz daha sonra alman güləşçini çətinlik çəkmədən məğlub edərək bürünc medala sahib olub.

 

Millimizin üzvü Abubakr Abakarov (86 kq) debütdə Rusiya idmançısına yenilib. Təsəlliverici görüşdə polşalı rəqibini çətinliklə üstələyən A.Abakarov bürünc medal uğrunda mübarizədə İsveçrə nümayəndəsi üzərində də qələbə qazanıb.

 

Turnirdə 92 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün dairəvi sistemdən istifadə olunub. Osman Nurməhəmmədov ilk görüşdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. İkinci görüşdə isə Almaniya idmançısını vaxtından əvvəl məğlub edib. Polşalı güləşçiylə bacarmayan pəhləvanımız bunun əvəzini İsveçrə təmsilçisindən çıxıb. Yekunda qazandığı 3 qələbəyə görə, O.Nurməhəmmədova gümüş medala layiq görülüb.

 

Beləliklə, sərbəst güləşçilərimiz Qran-Pridə iki gümüş və üç bürünc medal əldə ediblər. Komanda hesabında 135 xal toplayan millimiz 3-cü yeri tutub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Roma Papası Bağdadda - FOTO 5 mart 2021, 16:18 QHT sədri YAP İdarə Heyətinin üzvü seçilib 5 mart 2021, 16:08 Həbs olunan qazi AZADLIĞA BURAXILDI 5 mart 2021, 16:02 Milli Məclisin yəhudi deputatı: “Vaxt yetişəndə Azərbaycan İsraildə səfirlik açacaq” 5 mart 2021, 15:58 Ermənilərin talan etdiyi Ağdamın Tağıbəyli kəndi - VİDEO 5 mart 2021, 15:52 Karantin rejimi daha çox kimlərə təsir edir? - AÇIQLAMA 5 mart 2021, 15:47 Elçin Quliyev Pakistanın Baş Qərargah rəisi ilə görüşdü 5 mart 2021, 15:44 Əli Nağıyev Türkiyəyə başsağlığı verdi 5 mart 2021, 15:40 Avrasiya İttifaqı Yerevanın təkidi ilə Türkiyəyə qarşı QƏRAR VERDİ 5 mart 2021, 15:34 Hava xəbərdarlığı - Qar yağacaq, yollar buz bağlayacaq 5 mart 2021, 15:29 Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi” – İlham Əliyev                  5 mart 2021, 15:24 Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü 5 mart 2021, 15:20 Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir 5 mart 2021, 15:17 Ermənistan “Eurovision”da iştirak etməyəcək 5 mart 2021, 15:12 Prezident: “Bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil” 5 mart 2021, 15:06 Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib 5 mart 2021, 15:00 Koronavirusa yoluxma sayı yenə ARTDI 5 mart 2021, 14:54 BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu! 5 mart 2021, 14:50 Bakıda soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO 5 mart 2021, 14:45 Naftalanda Vətən Müharibəsi Qazisi evində ziyarət edildi - FOTO 5 mart 2021, 14:40 YAP-dan kənarlaşdırılan icra başçıları - SİYAHI 5 mart 2021, 14:35 YAP İcra katibliyi və müavinlər yenilənəcək 5 mart 2021, 14:29 Həkim-infeksionist ÇAĞIRIŞ ETDİ: “Bayramda qonaq gedilməsin, yoluxma arta bilər!” 5 mart 2021, 14:24 Şuşada ermənilərin atıb qaçdığı silah-sursat - FOTO 5 mart 2021, 14:20 Erməni diversantların yaxınları aksiya keçirdi 5 mart 2021, 14:17 Mübariz Mənsimov ev dustaqlığına buraxıldı 5 mart 2021, 14:12 YAP İdarə Heyətindən kənarlaşdırılanların tam SİYAHISI 5 mart 2021, 14:06 Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin nümayəndələri Gəncədə oldular 5 mart 2021, 14:00 Əli Əsədov Türkiyənin Vitse-prezidentilə telefonla danışdı 5 mart 2021, 13:56 Ermənistan prezidenti Paşinyanın tərəfinə KEÇDİ 5 mart 2021, 13:51 Millət vəkili gənclərlə görüşdü - FOTO 5 mart 2021, 13:46 80 yaşlı sabiq deputat - Əsmətxanım Məmmədova 5 mart 2021, 13:41 İqdır Fondundan örnək addım 5 mart 2021, 13:36 Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ 5 mart 2021, 13:31 Vaksin vurduranlarla bağlı sıxlıq yaranmasına AYDINLIQ GƏTİRİLDİ 5 mart 2021, 13:23