Modern.az

Gələn həftə Azərbaycan-Türkiyə münasibətləri müzakirəyə çıxarılacaq

Gələn həftə Azərbaycan-Türkiyə münasibətləri müzakirəyə çıxarılacaq

Parlament

19 Yanvar 2021, 12:29

“Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi gələn həftə Azərbaycan-Türkiyə münasibətlərini geniş formada müzakirəyə çıxaracaq”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.


Komitə sədrinin sözlərinə görə,  bəzi məsələlərin müzakirəsi çox önəmlidir:


“Əsas mövzu Azərbaycan vətəndaşlarının Türkiyəyə vizasız gedib-gəlməsinin təmin olunması, Azərbaycan və Türkiyə media qurumlarının daha da sıx əlaqədə işləməsi  üçün fəaliyyət göstərəcəyik”.


Səməd Seyidov komitədə işğaldan azad edilmiş ərazilərin yeni reallıqları əks etdirməsinin hər zaman əsas hədəf olacağını da qeyd edib:


“Qarabağ azad ediləndən sonra Azərbaycanın yeni mərhələyə yüksəlməsi öz-özlüyündə  çox vacib məsələdir. Komitəmizin iş planı yeni reallıqların dünyaya Azərbaycanın milli maraqları çərçivəsində çatdırılması və sübut etdirilməsidir. Torpaqlarımız azad ediləndən sonra erməni diasporu və onların ətrafında olan qüvvələr,  müxtəlif ölkələr hansısa sənədləri, məsələləri gündəmə gətirib qələbəmizi azaltmağa, əhəmiyyətini gündəmdən çıxarmağa çalışırlar. Biz bunu Fransanın, Belçikanın, Hollandiyanın timsalında gördük. Bu nöqteyi-nəzərdən beynəlxalq əlaqələrin ən əsas işi Azərbaycanın yeni reallığını nəinki dünyaya təqdim etmək, həm də sübuta yetirmək, onu möhkəmləndirməkdir. Təbii ki, burada diaspor fəaliyyəti də önəmli mərhələyə qədəm qoyur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!