Modern.az

Azad edilmiş şəhər və rayonların baş planları HAZIRLANIR

Azad edilmiş şəhər və rayonların baş planları HAZIRLANIR

15 Fevral 2021, 11:22

İşğaldan azad edilmiş ərazilərdə şəhər və rayonların baş planlarının hazılanması ilə bağlı işlərə başlanılıb.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Şəhərəsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib.

 

Komitə rəsmisi qeyd edib ki, ölkə rəhbəri tərəfindən bununla bağlı verilən tapşırıqlara müvafiq olaraq hazırlıqlar gedir, daha sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı həmin şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı göstəriş verdiyini açıqlayıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi