Modern.az

Deputat: “Sarkozi siyasətdən getsə də, siyasəti davam etdirilir”

Deputat: “Sarkozi siyasətdən getsə də, siyasəti davam etdirilir”

Təhsil

27 Avqust 2012, 16:20

“Fransa məktəblərində qondarma soyqırımı tədris olunacaq”

“Nikola Sarkozinin prezidentliyi dövründə Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqedə sərgilənir, ikili standartlara söykənən qanunlar, qərarlar qəbul olunurdu”. Bu sözləri Modern.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

O, bildirib ki, N. Sarkozinin prezidentliyi dönəminin sonlarında həm parlamentdə, həm də Senatda qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi  qəbul etmək istəyirdilər: “Azərbaycanın və Türkiyənin böyük ciddi təftişi nəticəsində o qanun qəbul olunsa da, qüvvəyə minmədi. Sarkozi hökumətinin ermənipərəst Təhsil Nazirliyini Fransa orta məktəblərinin tarix dərsliklərində erməni soyqırımının tədris olunması ilə bağlı təşəbbüsü irəli sürülüb. Yəni həmin dərslərin 2013-cü il başlayaraq tədris olunması nəzərdə tutulub və o qərar qəbul olunub. Fransada yeni prezident seçilsə də, artıq kitablar dərc olunub və 4 və5-ci siniflərdən başlayaraq, tarix kitablarında qondarma erməni soyqırımı məktəblərində tədris olunacaqdır”.

Deputat qeyd edib ki, bu, olduqca qərəzli bir siyasətdir: “Bu dərslik uşaqların, gələcək nəslin beyninin zəhərlənməsinə yönələn bir addımdır. Bunu həm Azərbaycanın, həm də Türkiyənin imicinə çox böyük bir zərbə kimi dəyərləndirmək olar. Həm Azərbaycan, həm Türkiyə ictimaiyyəti bu məsələdə öz münasibətini, mövqeyini bildirməlidir”.

M. İbrahimqızı ATƏT-in Minsk Qrupunun 20 ildəki fəaliyyətsizliyi məsələsinə də aydınlıq gətirib: “Minsk Qrupunun həmsədrləri sadəcə, səfir kimi gəlib-gedirlər, yalandan bəyanatlar verirlər, camaatın başını aldadırlar”. M. İbrahimqızı hesab edir ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsində ATƏT-in Minsk qrupunun formatında dəyişiklik edilməlidir: “Artıq zaman yetişib ki, Qarabağ  probleminin sülh yolu ilə tənzimlənməsi, eləcə də Azərbaycanın məruz qaldığı bu təcavüzdən qurtarmaq, torpaqların işğalı  məsələsinin həllində mütləq ATƏT-in Minsk Qrupunun formatında dəyişiklik etməli, bura həm Türkiyənin, həm də Avropa Birliyinin təmsilçiliyi lazımdır. Təbii ki, bu formatın dəyişdirilməsi çox çətin bir prosesdir. Amma bu gün beynəlxalq diplomatiyada bu təcrübə var. Ən azı Türkiyənin, eləcə də Avropa Birliyinin təmsilçiləri Qarabağ danışıqlarında ATƏT-in Minsk Qrupunun keçirdiyi iclaslarında onlar bir müşahidəçi kimi iştirak edə bilərlər. Bir neçə il bundan qabaq Cenevrə protokolları imzalananda, Ə. Davudoğlu ilə E. Nalbandyan bu protokolları imzalayanda orada 5 ölkənin təmsilçiləri nəzarətçi kimi iştirak edirdilər”.

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir