Arxiv
25 Fevral 2021, 11:08 | PARLAMENT
“Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb! - Spiker tamamilə haqlıdır” - Deputat

Milli Məclisin deputatı Etibar Əliyev Qarabağda xidmət edən hərbçilərin maaşlarının  azaldılması məsələsinə münasibət bildirib

 

Modern.az-ın məlumatına görə, deputat Milli Məclisin son iclasında həmkarlarından birinin məsələni gündəmə gətirdiyini xatırladıb:



O qeyd etdi ki, döyüş bölgəsində qulluq edənlərə ikiqat pul ödənişi həyata keçirilir. Həmkarlarımdan biri söylədi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra vəziyyət radikal olaraq dəyişib:

 

“Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi açıqlamalar verib. Tam dəqiqləşmələrdən sonra yəqin ki, bu ödənişlər olacaq. Mən də hesab edirəm ki, ödənişlər olmalıdır. Hərbçilərimiz çətin relyefdə və sərt iqlim şəraitində xidmətlərini davam etdirirlər. Yaxşı olar ki, Milli Məclis məsələyə münasibət bildirsin”.

 

Milli Məclisin sədri hörmətli Sahibə Qafarovanın qaldırılan bu məsələyə münasibəti rasional oldu:

 

“Hazırda Qarabağ döyüş bölgəsi deyil.” Spiker tamamilə haqlıdır.  Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi başlayandan qələbəmizlə bitənə qədər etdiyi möhtəşəm çıxışlar istər deputatların, istər politoloqların, istər diplomatların, istərsə də alimlərin istinad etdiyi yeganə mənbə olmalıdır. Prezidentin çıxışları nəfis şəkildə çap olunaraq deputatlara paylanılıb”.

 

E.Əliyev Prezidentin çıxılarının birindən sitat gətirib:

 

““Bizim qələbəmiz tarixi qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ davam edir, səhv edir”.
Aydın, lakonik və imperativ  açıqlamadır. Və hörmətli Sahibə xanım münasibət bildirərkən, bizim üçün son dərəcə əhəmiyyətli olan bu fikrə istinad edib”.

 

Etibar Əliyev qeyd edib ki, sosial şəbəkələrdə Sahibə Qafarovanın fikrində qüsur  axtaranlar söhbətin nədən getdiyindən xəbərsizdirlər.

 

“Əksəriyyəti urapatriotdur. Populist çıxışlar aludəçisi olanlar yaxşı bilməlidirlər ki, Dövlətimiz döyüşənlər, qazilər və şəhidlərimiz üçün əlindən gələni əsirgəmir. Mən bunun canlı şahidiyəm. Qarabağla populyarlıq qazanmağın vaxtı sona çatıb. Bəli, Dağlıq Qarabağ münaqişəsi bitib. İndi vəhşilər tərəfindən dağıdılmış şəhərləri və kəndləri qurub, doğma torpağımıza köç etmək mərhələsini yaşayırıq. Bu prosesə dəstək verib, təşviqatla məşğul olmalıyıq.

 

Siz təsəvvür edin, vəziyyət o həddə çatıb ki,  kənd təsərrüfatından namizədlik dissertasiyasını müdafiə edib, siyasi elmlərə keçid alan baytar-politoloq Cümşüd Nuriyev də parlamentin spikeri haqqında şər, böhtan xarakterli ifadələr işlədir. Kin-kidurət, böhtan, qeybət, yaramazlıq bu cür adamların artıq fizionomiyasına hopub. Cümşüd Nuriyevin sosial şəbəkələrdəki tayları bu dövlətin inkişafını istəmirlər. Bulanıq suda balıq tutmağı bunlar özlərinə peşə seçiblər. Bunların cavablarını zamanında vermək lazımdır. 20-30 ildir əllərini ağdan qaraya vurmayan belə adamlar fürsət pusqusundadırlar. Əslində onların cəzasını zamanın özü verib artıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə İraqda şəhid verdi 15 Aprel 2021, 01:00 Çempionlar Liqasında bütün yarımfinalçılar bilindi 15 Aprel 2021, 00:54 NATO qoşunları Əfqanıstandan çıxarılır 15 Aprel 2021, 00:50 ABŞ hərbi gəmilərini Qara dənizə göndərməkdən imtina etdi 15 Aprel 2021, 00:45 Azərbaycanlı boksçu ermənini dünya çempionatından kənarlaşdırdı 15 Aprel 2021, 00:38 Neft bahalaşdı 15 Aprel 2021, 00:22 Teledərslərin bu günə olan CƏDVƏLİ 15 Aprel 2021, 00:09 Rusiya Krıma nüvə silahı yerləşdirir? 14 Aprel 2021, 23:57 Lənkəranda piyadanı maşın vurub öldürdü 14 Aprel 2021, 23:43 Bakıda “Hyundai” sərnişin avtobusuna çırpıldı - xəsarət alan var - FOTO 14 Aprel 2021, 23:33 Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə etdi 14 Aprel 2021, 23:24 Türkiyə Liviyaya 150 min doza peyvənd göndərdi 14 Aprel 2021, 23:10 Ter-Petrosyan koronavirusa yoluxdu 14 Aprel 2021, 22:56 Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi 14 Aprel 2021, 22:44 “Zəngəzur dəhlizi reallığa çevrilir” - İlham Əliyev 14 Aprel 2021, 22:35 Lukaşenko Azərbaycana vaksin təklif etdi 14 Aprel 2021, 22:24 Belarusla Azərbaycan arasında heç bir fikir ayrılığı yoxdur - Lukaşenko 14 Aprel 2021, 22:13 Minsk qrupundan kreativ ideyalar gözləyirik - Prezident 14 Aprel 2021, 22:07 Sülhməramlılar Kəlbəcərə yardım apardı - FOTO 14 Aprel 2021, 22:00 Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik - Prezident 14 Aprel 2021, 21:51 Yol polisi Balakəndə reyd keçirdi - FOTO 14 Aprel 2021, 21:46 Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - İlham Əliyev 14 Aprel 2021, 21:40 Məhərrəm İncə xəstəxanaya yerləşdirildi 14 Aprel 2021, 21:37 İlham Əliyevlə Lukaşenko bəyanat VERDİLƏR 14 Aprel 2021, 21:30 Gəncə sakini əsəbiləşərək özü-özünü bıçaqladı 14 Aprel 2021, 21:22 “Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı 14 Aprel 2021, 21:08 Türkiyədə gündəlik yoluxmada REKORD 14 Aprel 2021, 20:55 Peskovdan Putin-Bayden görüşü haqda: “Çox tezdir” 14 Aprel 2021, 20:41 “Draqi adlandırılan şəxs aramızdakı münasibətləri baltalayıb” - Ərdoğan 14 Aprel 2021, 20:27 Hərbi Qənimətlər Parkı və Cənubi Qafqaza yeni baxış... 14 Aprel 2021, 20:16 Bakıda məktəb müəllimi 40 yaşında koronavirusdan öldü - FOTO 14 Aprel 2021, 20:04 Türkiyənin sabiq baş naziri vəfat etdi 14 Aprel 2021, 19:40 Rəşad Nəbiyev ukraynalı nazirlə görüşüb 14 Aprel 2021, 19:30 Qarmon ifaçısı koronavirusdan dünyasını dəyişdi 14 Aprel 2021, 19:24 Sumqayıtda özünü dənizə atan şəxs xilas EDİLDİ 14 Aprel 2021, 19:17