Modern.az

2021-ci ildə bu geyimlər dəbdə olacaq – Modelyerdən AÇIQLAMA

2021-ci ildə bu geyimlər dəbdə olacaq – Modelyerdən AÇIQLAMA

27 Fevral 2021, 16:28

Artıq 2021-ci ilin ilk aylarını yaşayırıq. Bizə maraqlıdır ki, 2021-ci ildə geyimlər rənginə, formasına görə necə olacaq. Bu dəblə geyinən xanımlar və bəylərin daha çox maraq dairəsini kəsb edən məslələrdən biridir.

Qarşıdan gələn 2021-ci ilin dəbində nələr olacaq...

Bu ilin fərqli geyim özəlikləri və gündəmdə olacaq rəngləri ilə bağlı Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Modern.az-a danışıb.

 

“Tamamən qara rənglərin hakimiyyəti ilin aktual mövzusu olacaq”-deyə o bildirib.

 

 

Modelyerin sözlərinə gör, qara rənglə yanaşı qırmızı, yaşıl, zümrüd yaşılı, zeytun yaşılı, fuksiya, boz tonlar, yasəmən rənginin açıqdan tündə gedən tonları, pudra tonları, süd rəngi və s. rənglər də dəbdə olacaq.

“Mən hər zaman söyləyirəm ki, hər bir yaradılan kolleksiyanın, üslubun rəng çalarları dizaynerlər tərəfindən düşünülür. Çünkü bir model bütün rənglərdə uğurlu nəticə vermir”. 

 

Gülnarə Xəlilova dəbdə olan geyimlərdən danışarkən qeyd edib ki, dərilərdən hazırlanmış geyimlər, məxmərlərdən hazırlanmış dəstlər, trikotajdan hazırlanmış geyimlər, parıltılı lateks parçalarından hazırlanmış geyimlər aktual olacaq.

 

“Dublyonkalar, svitetlər, pencək və şalvar dəstləri, papaqlar, şərflər bu mövsüm cox aktual olacaq. Maskaları unutmuruq, artıq onlar bizim ayrılmaz aksesuarımızdır. Bu ilin ən populyar mövzusu üst geyimi sayılan ”şaketlər”olacaq. Bu geyim növü köynəklə jaketin qibridindən yaranıb. Nəticədə cox rahat və darıxdırıcı olmayan gündəlik geyim nümunəsi kimi istifadə olunacaq. Bu geyim nümunəsi daha cox rəngli və damalı, isti parçalardan hazırlanır”.

 

Modelyerin sözlərinə görə, ciddi geyim, rahat geyim üslubları yenə də gündəmdə olacaq.

““Patchwork” üslübu artıq neçə illərdir ki, dəbdədir. Damalı parcalardan hazırlanmış geyimlər də yenə də dəbdə olacaq. Kokteyl və gündəlik geyim tərzinin bir arada təqdimatı, ziyafət geyimləri, krujevadan hazırlanmış geyimlər də bu il təqdim olunub. Gündəlik həyatımızda daha çox yer verdiyimiz idman üslublu geyim nümunələri hələ də öz yerini qoruyub saxlayır”.

 

 

 

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır