Arxiv
2 mart 2021, 16:10 | AKTUAL
Şeyxülislam Fransanın «Le Mondе» qəzetinə müsahibə verdi

Martın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın nüfuzlu «Le Mondе» qəzetinin müxbiri Emmanuel Qrinzpam ilə görüşüb müsahibə verib.

Qafqaz, Azərbaycan müsəlmanlarının dini lideri ilə görüş imkanını yüksək dəyərləndirən fransız jurnalist onu maraqlandıran sualları Şeyxülislam A. Paşazadəyə ünvanladı.

Modern.az-ın məlumatına görə, fransalı jurnalistin sualları sırasında Azərbaycanın dini modeli, ölkədə hökm sürən dinlərarası harmoniyanın təməlində duran dəyərlər, bunun tarixi aspekti və bugünkü reallıqları, dövlət-din münasibətlərinin səviyyəsi, Avropa üçün örnək ola biləcək dinlər və konfessiyalararası münasibətlər nümunəsi, məzhəblərarası anlaşma mühitini şərtləndirən səbəblər, sekulyar cəmiyyətlərdə dinin yeri, rolu və s. bu kimi məsələlər yer alırdı. Fransalı jurnalist üçün xüsusi önəm kəsb edən məqamlar Azərbaycanın, Qafqazın müsəlman dini liderinin uzun onilliklər ərzində beynəlxalq miqyasda tanınan, mövqeyi dəyərləndirilən mənəvi xadim, ağsaqqal statusunda qəbul edilməsi kontekstində Şeyxülislamın şəxsiyyəti, formalaşdığı mühit ilə bağlı suallarda əksini tapdı. Tanınmış müxbir müsahibə zamanı Fransada dinlərarası münasibətlər nümunəsindən bəhs edərək, Azərbaycanla müqayisəli şəkildə, paralellər apararaq da bəzi suallar səsləndirdi.

Erməni kilsəsi ilə dinlərarası əlaqələrin səviyyəsi, indiyədək baş tutmuş görüşlər, habelə 44 günlük II Qarabağ müharibəsi dövrünə dair məsələlər də fransalı media təmsilçisini maraqlandıran suallar sırasında oldu.

QMİ sədri sualları geniş şəkildə cavablandırdı. Azərbaycan xalqının öz Ali Baş Komandanının rəhbərliyi altında qazandığı Zəfərin mənəvi önəmi, bu zəfərin qazanılmasında Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan vətəndaşlarımızın dövlət  ətrafında sıx birləşməsindən, Vətənin ərazi bütövlüyünün bərpa olunmasında azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, ukraynalılar arasından şəhid qəhrəmanlarımızın olduğunu fəxarətlə vurğulayan Şeyxülislam A. Paşazadə Azərbaycan dövlətinin hər zaman sülh, bölgədə dinc qonşuluq, iqtisadi əməkdaşlıq tərəfdarı olduğunu qeyd etdi. QMİ sədri Azərbaycan Prezidentinin bu yaxınlarda yerli və xarici media ilə keçirdiyi, böyük beynəlxalq rezonans doğurmuş press-konfransda erməni tərəfinə ünvanlı səsləndirilmiş dinc birgəyaşayış ismarıclarının ermənilər tərəfindən lazımınca dəyərləndirilməsi vacibliyinə diqqəti çəkdi. 

Şeyxülislam A. Paşazadə dinlər və konfessiyalar arasında qarşılıqlı anlaşma və əməkdaşlıq mühitinin formalaşmasında təkcə din xadimlərinin səylərinin kifayət etmədiyini, bunun üçün dövləti iradənin, siyasi xəttin vacib əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Dünyada sülh və əmin-amanlığın təmin olunmasında dini liderlərin səylərinin önəm kəsb etdiyini bildirən Şeyxülislam A. Paşazadə bu istiqamətdə özünün hər zaman fəal şəkildə çalışdığını, istər Sovetlər dönəmində, istər Azərbaycanın müstəqillik illərində dinlərarası dialoq müstəvisində səylərini əsirgəmədiyini faktlarla fransalı müxbirin diqqətinə çatdırdı. Bir insanın həyatının xilasını bütün bəşərin xilası ilə eyni dəyərdə qiymətləndirən İslam dininin hökmlərini rəhbər tutaraq 30 ildən artıq müddətdə Erməni kilsəsinin  dini liderləri ilə apardığı dialoqlardan, münaqişənin dini müstəviyə keçməməsi üçün səylərindən bəhs etdi. QMİ sədri təəssüflə qeyd etdi ki, erməni kilsəsi dinin sülhyaratma missiyasını rəhbər tutmaq əvəzinə hərbə, işğala haqq qazandırma mövqeyindən çıxış edərək, öz xalqını müharibəyə sövq edir, dünyada, o cümlədən, Avropa miqyasında yalan təbliğatlar aparır, işğal dövründə Qarabağdakı dini məbədləri məhv edən, məscidləri talan edib, həqarətə məruz qoyan, qədim alban, pravoslav kilsələrini qriqoryanlaşdırdıqları halda, Azərbaycanın dini məbədlərə münasibətinə dair qarayaxmalar yayır. Azərbaycanın haqq mübarizəsinin əsl həqiqətlərini dünya ictimaiyyətinə geniş yaymaq üçün bütün müstəvilərdən, o cümlədən, üzvü olduğu beynəlxalq və regional qurumların xitabət kürsülərindən istifadə etdiyini, onları mütəmadi məlumatlandırdığını qeyd edən Şeyxülislam A. Paşazadə erməni kilsəsinin qonşu xalqlar olan Azərbaycan və Ermənistan arasında sülhün və gələcək əlaqələrin qurulmasını deyil, qarşıdurmanı təşviq edən mövqeyini qınadığını bildirdi.

QMİ sədri Fransaya səfərlərini xatırlayaraq, orada müsəlman din xadimləri ilə görüşlərindən söhbət açdı, əslən fransalı xristian din xadimləri ilə birgə beynəlxalq dinlərarası dialoq müstəvisində əməkdaşlıq nümunələrindən bəhs etdi. O,  Qarabağda Azərbaycana qarşı döyüşən terrorçuların Fransada mühakimə edilcəyi ilə bağlı xəbərləri müsbət dəyərləndirdiyini bildirdi.  

Dünyada və bölgəmizdə sülh və anlaşmanın bərqərarı üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirən Şeyxülislam A. Paşazadə Fransanın nüfuzlu nəşrinin Azərbaycan barədə həqiqətləri yaymaq istəyini yüksək qiymətləndirdiyini qeyd etdi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı 19 Aprel 2021, 04:20 Avropada futbol qalmaqalı 19 Aprel 2021, 01:00 “Ayaks” 20-ci ölkə kubokunu qazandı 19 Aprel 2021, 00:50 Boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 19 Aprel 2021, 00:38 Türkiyədə meşə yanğınları PUA-larla izlənəcək 19 Aprel 2021, 00:22 Goranboyda karantinlə bağlı reyd keçirildi - FOTO 19 Aprel 2021, 00:05 Bakıda yol qəzası - xəsarət alan var 18 Aprel 2021, 23:56 Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO 18 Aprel 2021, 23:40 Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO 18 Aprel 2021, 23:23 İraqda hərbi bazaya raket hücumu - yaralananlar var 18 Aprel 2021, 23:18 Rusiya 20 Çex diplomatını ölkədən qovdu 18 Aprel 2021, 23:06 Messidən bir oyunda üç REKORD 18 Aprel 2021, 22:53 Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu 18 Aprel 2021, 22:40 Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05