Modern.az

Azərbaycanda vəzifəli şəxs minaya düşdü - YENİLƏNİB

Azərbaycanda vəzifəli şəxs minaya düşdü - YENİLƏNİB

Aktual

3 Mart 2021, 16:40

Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

 

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Ağdam rayonunda vəzifəli şəxs minaya düşüb.

Modern.az xəbər verir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hafiz Əzizzadə hadisə nəticəsində ağır bədən xəsarəti aldığından xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Ağdam rayon Prokurorluğunun hadisə ilə bağlı məlumat yayacağı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!